Mərkəzi Bank 358 ədəd saxta pul nişanı aşkarladı

Mərkəzi Bank 358 ədəd saxta pul nişanı aşkarladı

Hazırda oxunan: Mərkəzi Bank 358 ədəd saxta pul nişanı aşkarladı

72871

2021-ci ildə Azərbaycan Mərkəzi Bankı (AMB) dövriyyədən 7 milyard manat və yaxud 448,62 milyon ədəd pul nişanını mədaxil edib, 7,4 milyard manatlıq və yaxud 474,6 milyon ədəd pul nişanını isə məxaric edib.

Bizim.Media bu barədə AMB-yə istinadən xəbər verir.

Məlumata görə, ümumilikdə ilin əvvəlindən tədavüldə nağd pul kütləsi 4% (470 milyon manat) artaraq hesabat dövrünün sonuna 12,3 milyard manat təşkil edib.

Hesabat dövründə 10,5 milyard manat məbləğində pul nişanları avtomatlaşdırılmış sistemlərdə emal olunaraq dövriyyəyə yararlı pul nişanları təkrar tədavülə buraxılıb, 2,7 milyard manat yararsız pul nişanlarının isə tədavüldən çıxarılması təmin edilib.

Bundan başqa, il ərzində 358 ədəd (28 min manat) saxta pul nişanı aşkarlanaraq tədavüldən çıxarılıb və hüquq mühafizə orqanlarına təqdim edilib. Daxili İşlər Nazirliyi Cinayət Məcəlləsinin 204-cü (saxta pul və qiymətli kağızlar hazırlama, əldə etmə və ya satma) maddəsi ilə 6 cinayət işi açaraq istintaq aparıb.
Əhalidə olan yararsız pul nişanlarının ekspertizaya qəbul edilməsi və dəyişdirilməsi məqsədilə Bakıda yeni “Nağd pul ofisi” yaradılıb, bütün nağd pul ofisləri ilə əhalidən 8 milyon manat (138 min ədəd) pul nişanının qəbul edilərək dəyişdirilib, eləcə də “səyyar kassa” xidməti vasitəsilə 4,3 milyon. manat (20,7 milyon ədəd) metal pul nişanları iri ticarət müəssisələrinə çatdırılıb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO