2021-ci ildə Azərbaycan Mərkəzi Bankı valyuta aktivlərinin idarə edilməsindən 7,2 milyon ABŞ dolları gəlir əldə edib.
Bizim.Media AMB-yə istinadən xəbər verir ki, bu, 2020-ci illə müqayisədə 92,3% azdır.
"Ötən il valyuta ehtiyatları qurumun pul siyasətinin dəstəklənməsinə xidmət edən əməliyyat tranşı və gəlirin artırılması məqsədilə saxlanılan investisiya tranşına bölünməklə idarə edilib.
İnvestisiya tranşının tərkibində xroniki mənfi faiz dərəcələri ilə səciyyələnən avronun xüsusi çəkisinin son illərdə əhəmiyyətli azaldılmasının həm idarəetmənin nəticələrinə, həm də dollara qarşı məzənnə itkisinin azaldılmasına müsbət təsirləri olub.
Bütövlükdə hesabat dövrünün sonuna rəsmi valyuta ehtiyatlarının 82%-ni ABŞ dolları, 7%-ni avro, 1%-ni İngiltərə funt sterlinqi və 10%-ni isə SDR (Beynəlxalq Valyuta Fondunun (BVF) xüsusi borclanma hüquqları) təşkil edib", - deyə AMB bəyan edib.
Bizim.Media
- A-
- A
- A+
İqtisadiyyat
12:00 / 05.05.2022
Mərkəzi Bankın bu sahədə gəliri 92% azaldı
Hazırda oxunan: Mərkəzi Bankın bu sahədə gəliri 92% azaldı
Hazırda oxunan: Mərkəzi Bankın bu sahədə gəliri 92% azaldı
72862
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.