Azərbaycanda 1.5 milyon maaşa çalışan işçi qüvvəsi var- Ekspert rəyi

Azərbaycanda 1.5 milyon maaşa çalışan işçi qüvvəsi var- Ekspert rəyi

Hazırda oxunan: Azərbaycanda 1.5 milyon maaşa çalışan işçi qüvvəsi var- Ekspert rəyi

72457
Moderator.az tanınmış iqtisadçı ekspert Rövşən Ağayevin statusunu təqdim edir:

"Rəsmi statistikaya görə, fevralın sonuna Azərbaycanda orta aylıq əmək haqqı 444.4 manat təşkil edib və bu ötən illə müqayisədə 4.3% çoxdur.
Ilham bəyin səhifəsində bu xəbər ətrafında gedən müzakirərdə Fariz bəy haqlı olaraq qeyd edib ki, orta aylıq əmək haqqı göstəricisi aldadıcı statistikadı və median məvaciblə bağlı məlumat dərc olunmalıdır.
Məsələ burasındadır ki, Azərbaycan statistikasında median əmək haqqıdan bir göstərici olaraq istifadə edilmir. Səbəb çox sadədi - median əmək haqqı göstəricisi əhalinin gəlirlərilə bağlı real mənzərini daha aydın şəkildə göstərir və bu göstəricinin səviyyəsi orta əmək haqqıdan xeyli aşağı olur. 
Ən sadə izaha görə, median gəlir nöqtəsi o nöqtədir ki, əmək haqqı alan bütün işçilərin 50%-i həmin nöqtədən aşağı, 50%-i isə həmin nöqtədən yüksək əmək haqqı alır. Məsələn, Azərbaycanda 1.5 milyon maaşa çalışan işçi qüvvəsi (muzdlu işçi) var. Tutaq ki, bunlardan tən yarısı - 750 min nəfəri 250 manatdan aşağı, o biri yarısı - 750 min nəfəri 250 manatdan yüksək maaş alırsa, deməli iqtisadiyyat üzrə median əmək haqqı 250 manatdır. Amma belə şəraitdə ölkədə orta aylıq əmək haqqı 500 manat da ola bilər. Nəyin hesabına? Median məvacibdən (nümunədəki 250 manatdan) yüksək əmək haqqı alan 750 min nəfərdən, məsələn, 300-350 min nəfərinin maaşı 700-800-1000-1500 manat oalarsa, orta aylıq əmək haqqının kifayət qədər yüksək olacağı aydındır. Bir sözlə, iqtisadiyyat üzrə ən yüksək əmək haqqı alan 20%-in maaşları nə qədər yüksək olursa, orta aylıq əmək haqqı göstəricisinin median əmək haqqı göstəricisindən bir o qədər yüksək olması qaçılmazdı. Azərbaycanda ən yüksək məvacibə malik 20%-ə kimlər daxildir? Ali ranqlı dövlət məmurları, xarici neft şirkətlərində çalışanlar, bank-sığorta sektorunda çalışanlar. Hazırda Azərbaycanda bu kateqoriyadan olan işçilərin məvacibi ilə ən aşağı əmək haqqına malik 20%-in maaşı arasında fərq on dəfələrlə ölçülür. 
Hələlik, 2014-cü ilin məlumatı açıqlanmayın, amma 2013-cü ilin timsalında Azərbaycanda median əmək haqqı və orta aylıq maaşlar arasında fərqi görmək çətin deyil. Statkomun məlumatına görə, 2013-cü ildə Azərbaycanda orta aylıq əmək haqqı 425 manat olub. Maaş cədvəlinə qol çəkib məvacib alan işçi qüvvəsinin sayı 1.5 milyon nəfər təşkil edib. Amma bu qədər işçi qüvvəsinin nə qədər hissəsi orta aylıq əmək haqqı alıb. Dövlət Statistika Komitəsinin 2013-cü ilin noyabr ayı üzrə apardığı müayinənin nəticələri belədir: maaş alanların təxminən 80%-nin aylıq maaşı ölkə üzrə orta aylıq əmək haqqı məbləğindən aşağı olub. Öz növbəsində, bütün işçi qüvvəsinin 66%-nin (təxminən 990 min nəfər) aldığı maaş orta aylıq əmək haqqı məbləğinin 70%-dən (300 manat) az olub. 
İndi bizdə median əmək haqqının nə qədər olduğunu bilmək istəyirsinizmi? Rəsmi statistikaya görə, müayinə aparılan ayda maaş alan bütün işçi qüvvəsinin 50%-nin orta aylıq əmək haqq 200 manatdan aşağı, 50%-nin əmək haqqısı 200 manatdan yuxarı olub. Deməli, ölkə üzrə orta aylıq əmək haqqının 425 manat olduğu bir ildə median əmək haqqı 200 manat təşkil edib - 2 dəfədən də çox az. 
İndi sual olunur - əgər iqtisadiyyatda çalışanların 65%-dən çoxunun aylıq maaşı hökumətin elan elədiyi orta əmək haqqı məbləğinin 70%-dən də azdırsa, orta maaş göstəricisi bu insanların sosial rifah göstəricisi sayıla bilərmi?
Bir zəruri qeyd: maaşlar arasında nisbətin kəskin olmadığı (beynəlxalq prakitakada qəbul edilmiş 7.5 dəfədən çox), gəlirlərin ədalətli bölgü mexanizmlərinin effektiv çalışdığı ölkələrdə median əmək haqqı orta aylıq əmək haqqının 70-75% səviyyəsində olur."
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO