Azərbaycan Qarabağın bərpa olunmuş hissəsinə qaz kəməri çəkəcək

Azərbaycan Qarabağın bərpa olunmuş hissəsinə qaz kəməri çəkəcək

Hazırda oxunan: Azərbaycan Qarabağın bərpa olunmuş hissəsinə qaz kəməri çəkəcək

72070

"Azərbaycan Qarabağın hazırda bərpa işlərinin aparıldığı hissəsinə qaz kəməri çəkməyi planlaşdırır". 

Bizim.Media xəbər verir ki, bunu Prezident İlham Əliyev “Cənubi Qafqaz: inkişaf və əməkdaşlıq” adlı beynəlxalq konfrans iştirakçıları ilə görüşdə Qarabağa neft və qaz tədarükünə dair suala cavab verərkən bildirib. 

Dövlət başçısı bölgədə artıq 20 mVt gücündə elektrik stansiyasının istismara verildiyini, cari ildə daha 25 mVt gücündə stansiyanın istifadəyə veriləcəyini diqqətə çatdırıb:

“Bütün Qarabağ və Şərqi Zəngəzur elektrik xətlərinə qoşulub”. 

Prezident qeyd edib ki, Rusiya sülhməramlılarının olduğu ərazilərə enerji verilmir, Xankəndinə gedən qaz kəməri Azərbaycanın nəzarətində olan ərazidən keçir. 
“Bu günlərdə orada partlayış olub, bir neçə gün qaz olmayıb. Təəssüf ki, yenə də bizi ittiham etməyə başladılar. Yenə ikili standartlar. Birinci Qarabağ müharibəsi başlayanda ermənilər Naxçıvana qaz təchizatını kəsmişdilər. Naxçıvanda o zaman əhali 400 min idi, onlar 15 il təbii qazdan məhrum edildilər. Orada qış çox sərt keçir. O zaman Ermənistanı qınayan olmadı” - dövlət başçısı qeyd edib. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO