Şeyxin qudası partiya sədrini məhkəməyə verdi - “Torpağımı zəbt edib”

Şeyxin qudası partiya sədrini məhkəməyə verdi - “Torpağımı zəbt edib”

Hazırda oxunan: Şeyxin qudası partiya sədrini məhkəməyə verdi - “Torpağımı zəbt edib”

72036

Ötən gün Sabunçu Rayon Məhkəməsində sabiq deputat Qalib Salahzadənin Gələcək Azərbaycan Partiyasının sədri Ağasif Şakiroğluna qarşı məhkəmə iddiasına baxılıb.

Bizim.Media-nın "Qafqazinfo"ya istinadən məlumatına görə, Q.Salahzadə Sabunçu rayonu, Zaqulba şossesi 1, 2, 3, 9 nömrəli ünvanda olan evlərinin Ağasif Şakiroğlu tərəfindən zəbt edildiyini bildirib. O, Məhkəmədən həmin evlərdə yaşamaq hüququnun təmin edilməsini tələb edib.

Bildirilib ki, 1 hektardan çox ərazisi olan həmin ünvanda ümumilikdə 8 ev var. Q.Salahzadə ilə yanaşı Həmidağa Camalov, Əminağa Camalov və Lətifə Əliyeva da həmin evlərdə qeydiyyatdadırlar və onlar da məhkəmə qarşısında iddia qaldırıblar.
Məhkəmədə hakim Tahirə Əsədova həmin əraziyə baxış keçirildiyini və orada 2 evin olduğunu deyib. Növbəti məhkəmə iclası mayın 17-nə təyin edilib.

Q.Salahzadə qeyd edib ki, ünvanda qeydiyyatdan keçmiş torpaq sahəsi və fərdi yaşayış evlərinin olmasını Əmlak Məsələləsi üzrə Dövlət Xidməti də təsdiqləyib.

Qeyd edək ki, Qalib Salahzadə Qafqaz Müsəlmanları İdarəsinin rəhbəri Şeyxülsilam Hacı Allahşükür Paşazadənin qudasıdır. O, 2 dönəm Milli Məclisin üzvü, deputat seçilib. Həmçinin uzun müddət Sabunçu rayonu Bilgəh qəsəbəsinin bələdiyyə sədri olub. Hazırda Hacı Qalib Salahzadənin oğlu Əliabbas Salahzadə Milli Məclisin deputatıdır.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO