“Azərkosmos”un ixracdan əldə etdiyi gəlir açıqlandı

“Azərkosmos”un ixracdan əldə etdiyi gəlir açıqlandı

Hazırda oxunan: “Azərkosmos”un ixracdan əldə etdiyi gəlir açıqlandı

72035

2022-ci ilin yanvar-mart aylarında “Azərkosmos” ASC tərəfindən dünyanın 31 ölkəsinə 6,2 milyon dollar dəyərində xidmət (peyk telekommunikasiya xidmətləri və optik peyk xidmətləri) ixrac edilib. 

Bizim.Media İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin “İxrac İcmalı”nın aprel sayına istinadən məlumatına görə, “Azərkosmos” ASC-nin xidmət ixracından əldə etdiyi gəlir onun ümumi gəlirlərinin 86 faizini təşkil edib.

2022-ci ilin mart ayında isə “Azərkosmos” ASC dünyanın 30 ölkəsinə 2,1 milyon dollar dəyərində xidmət ixrac edib. 

2022-ci ilin yanvar-mart ayları ərzində peyk telekommunikasiya və optik peyk xidmətlərinin ixracının ilk beşliyində isə 1,6 milyon dollar ilə Birləşmiş Krallıq, 1,1 milyon dollar ilə Fransa, 1,1 milyon dollar ilə Lüksemburq, 0,6 milyon dollar ilə BƏƏ və 0,4 milyon dollar ilə Pakistan qərarlaşıb. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO