Məlumata görə, bu barədə Bankdan bildirilib.
Bununla belə, kreditləşmə məhdud çərçivədə həyata keçirilir. Hələlik yalnız "AGBank"da müsbət kredit tarixçəsi olanlara kredit ayrılır.
Kreditin maksimal məbləği 5 min manat, maksimal müddəti 1 il, illik faiz dərəcəsi isə 29%-dir.
Xatırladaq ki, "AGBank" manatın devalvasiyasından sonra verilmiş kreditlərin geriyə qaytarılmasında ciddi problermlərlə üzləşmiş və bu, Bankın kreditləşməni dayandırmasına səbəb olmuşdu. Bu il oktyabrın 1-nə, "AGBank"da vaxtı keçmiş kreditlərin məbləği 147 milyon manatdan çox olub. Problemli kreditlər Bankın kredit portfelinin təxminən yarısını təşkil etdiyindən maliyyə qurumu indiyə qədər yalnız İpoteka və Kredit Zəmanət Fondunun xətti ilı ipoteka kreditləri verirdi.