"Daşgil-2" terminalının tikintisi bu tarixdə tamamlanacaq

Hazırda oxunan: "Daşgil-2" terminalının tikintisi bu tarixdə tamamlanacaq

71842

Xəzərin Azərbaycan sektorunda yerləşən "Ümid-Babək" qaz-kondensat blokundan hasil olunacaq qaz və kondensatın ilkin emalını həyata keçirəcək "Daşgil-2" terminalının tikintisi 2025-ci ilin dördüncü rübündə tamamlanacaq. 

Bizim.Media Apa-ya istinadn xəbər verir ki, bu barədə SOCAR-dan bildirilib. 

Verilən məlumata görə, layihə çərçivəsində mühəndislik işlərinin “FEED” (ilkin layihələndirmə - red.) mərhələsi artıq tamamlanıb, işlər hazırda detallı layihələndirmə mərhələsindədir. 

Qeyd olunub ki, satınalmalar davam edir və bir sıra avadanlıqlar üçün tamamlanıb. Tikinti baxımından, ilkin torpaqlama işləri tamamlanıb, o cümlədən müvəqqəti yollar, binalar və şəhərcik salınıb, hasarlama aparılıb. 
“Əsas tikinti üçün sahəyə mobilizasiya işlərinə başlanılmışdır. Terminalın tikintisinin 2025-ci ilin 4-cü rübündə tamamlanması nəzərdə tutulur”, - məlumatda vurğulanıb. 

Bununla yanaşı, “Umid-1” platformasından “Daşgil-2” terminalına dənizin dibi ilə çəkilməsi nəzərdə tutulan 56 km uzunluğunda 500 mm-lik nəql xəttinin tikintisi çərçivəsində sualtı avadanlıqların (əks klapan və Y-tipli birləşmə) metalkonstruksiya işləri artıq tamamlanıb, cari ilin may ayında dəniz dibinə buraxılması planlaşdırılır.

Bunun üçün “Qurban Abbasov” kran-gəmisinin mobilizasiyası aparılır. Dəniz dibinin dərinləşdirmə işləri və sahilə çıxışda xəndəyin qazılması tamamlanıb.  

Qeyd edək ki, qarşıdakı dövrdə “Ümid” yatağında daha bir platformanın ("Ümid-2") tikilib quraşdırılması, yaxınlıqdakı “Babək” strukturunda kəşfiyyat-qazma işlərinin aparılması planlaşdırılıb.
“Ümid-Babək” blokundan hasil olunacaq qaz və kondensat çıxarılan məhsul terminala sualtı boru xətti vasitəsilə çatdırılacaq. "Daşgil-2" terminalının gündəlik ötürücülük gücü 24 mln. kubmetr olacaq. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO