Rusiyaya praktiki olaraq qaz kəmərləri ilə zəncirlənmiş Aİ Rusiyadan enerji daşıyıcılarının idxalını qadağan edən sərt sanksiyalar tətbiq edə, yəni Rusiyanın enerji sektorunu kəsə bilmir.
Bu vəziyyət həm də “Rusiyanın Ukraynaya qarşı hərəkətlərini Aİ maliyyələşdirir” kimi destruktiv fikirləri oyadır.
Bizim.Media xəbər verir ki, “Anadolu” agentliyi Rusiya və Avropa İttifaqı arasında enerji ticarətinin həcmi ilə bağlı araşdırma aparıb.
Hesablamalara görə, Aİ hər gün Moskvaya neftə görə 450 milyon dollar, təbii qaza görə isə 400 milyon dollar ödəyir. Rusiyanın Ukraynada əməliyyatı başlayandan bəri ona enerji təchizatı üçün 47 milyard avrodan çox vəsait köçürülüb.
Bundan əlavə, Aİ ötən ilki göstəricilərə əsasən, Rusiyadan 155 milyard kubmetr qaz idxal edib. Bu Avropanın qaz ixracının 40%-nə bərabərdir. Eyni zamanda Ötən il Rusiyanın neft və qaz ixracından əldə etdiyi gəlirlər dövlət büdcəsinin 45%-ni təşkil edib.
“Bundesbank”ın enerji hesabatına görə isə aparıcı enerji alıcıları tərəfindən Rusiyaya qarşı enerji embarqosu olacağı təqdirdə xam neft, təbii qaz və kömür qiymətlərində əhəmiyyətli artım gözləmək olar. Brent markalı neftin qiyməti bir barel üçün 170 dolları keçə bilər.
“GasBuddy”-nin Neft analitikası şöbəsinin rəhbəri Patrik De Han Anadolu agentliyinə verdiyi müsahibəsində qeyd edib ki, Avropa İttifaqının Rusiyadan qaz idxalına sanksiya tətbiq etmək ehtimalı 60%-ə bərabərdir:
“Lakin bu, baş verərsə, Avropanın alternativ mənbələrə çıxışı üçün bir neçə il lazım olacaq. Eyni zamanda Rusiya Çin, Hindistan kimi sanksiyalara qoşulmayan böyük alıcıların hesabına enerji ixracını davam etdirə bilər. Təbii ki, daha ucuz qiymətlə”.
Bizim.Media
- A-
- A
- A+
İqtisadiyyat
17:12 / 27.04.2022
Müharibə başlayandan bəri Avropa Rusiya enerjisinə görə 47 milyard avro ödəyib – RƏQƏMLƏR
Hazırda oxunan: Müharibə başlayandan bəri Avropa Rusiya enerjisinə görə 47 milyard avro ödəyib – RƏQƏMLƏR
Hazırda oxunan: Müharibə başlayandan bəri Avropa Rusiya enerjisinə görə 47 milyard avro ödəyib – RƏQƏMLƏR
71742
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.