Azərbaycanda ilk dəfə qarpız sahələri sığortalanacaq

Azərbaycanda ilk dəfə qarpız sahələri sığortalanacaq

Hazırda oxunan: Azərbaycanda ilk dəfə qarpız sahələri sığortalanacaq

71409

Azərbaycanda ilk dəfə olaraq qarpız sahələrinin sığortalanmasına başlanılıb.

Aqrar Sığorta Fondundan Bizim.Media-ya verilən məlumata görə, digər əkin sahələrində olduğu kimi qarpız təsərrüfatları üzrə də sığorta haqqının yarısı fermerlərə dəstək üçün dövlət tərəfindən ödənilir.

Aqrar sığorta qarpız əkinlərini çoxsaylı risklərdən qoruyur. Bura dolu, sel-su basma, leysan, ildırım, yanğın, qasırğa, fırtına, bitki xəstəlikləri və ziyanvericilər, üçüncü şəxslərin hərəkətləri və sair hallar aiddir.
Qarpız təsərrüfatlarının baza sığorta zərfi ilə sığorta tarifi ölkənin ayrı-ayrı regionları üzrə fərqlidir və 2,17% - 5,12% arasında dəyişir.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO