Banklarda əhalinin əmanətləri 10 milyard manatı ötdü

Banklarda əhalinin əmanətləri 10 milyard manatı ötdü

Hazırda oxunan: Banklarda əhalinin əmanətləri 10 milyard manatı ötdü

70916

2022-ci ilin yanvar-mart aylarında Azərbaycan əhalisinin banklardakı əmanətlərinin ümumi həcmi ötən ilin eyni dövrü ilə müqayisədə 27,3 faiz artaraq 10,372 milyard manat təşkil edib.

Bizim.Media bu barədə Mərkəzi Bankın hesabatına istinadən məlumat verir.

Ölkə üzrə bank əmanətlərinin 90,35 faizi (9,371 milyard manat) Bakı şəhərinin, təxminən 10 faizi (990,9 milyon) regionların payına düşüb.

Martın 31-ə olan vəziyyətə görə, əmanət orta illik dərəcəsi 3,15 faiz, Bakı şəhərində 2,97 faiz təşkil edib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO