Azərbaycanın

Azərbaycanın "Şahdəniz"dən gəlirləri ARTDI

Hazırda oxunan: Azərbaycanın "Şahdəniz"dən gəlirləri ARTDI

70366

Bu ilin yanvar-mart aylarında Azərbaycan Respublikası Dövlət Neft Fondunun (ARDNF) "Şahdəniz" qaz-kondensat yatağından (qaz və kondensatın satışından) əldə etdiyi gəlirləri 359 125 min ABŞ dolları təşkil edib ki, bu da illik müqayisədə 12,3 dəfə çoxdur. 

ARDNF-dən Bizim.Media-ya verilən məlumata görə, Fondun "Şahdəniz" yatağı üzrə kondensatın satışından əldə olunan gəlirləri (01.01.2022-01.04.2022 tarixinə) 62 494 min dollar olub, bu da 2,14 dəfə artım deməkdir. 

Məlumata görə, ARDNF-nin "Şahdəniz" yatağı üzrə qazın və kondensatın satışından əldə olunan ümumi gəlirləri (2007-ci ildən etibarən) 4 911 mln. dollar (01.04.2022 tarixinə) təşkil edib. 
Qeyd edək ki, "Şahdəniz" yatağı üzrə pay bölgüsü haqqında saziş 1996-cı ildə imzalanıb və ratifikasiya edilib. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO