Azərbaycanda çörək bahalaşa bilər – Dünya bazarındakı qiymət dəyişikliyinin MÜMKÜN TƏSİRİ 

Azərbaycanda çörək bahalaşa bilər – Dünya bazarındakı qiymət dəyişikliyinin MÜMKÜN TƏSİRİ 

Hazırda oxunan: Azərbaycanda çörək bahalaşa bilər – Dünya bazarındakı qiymət dəyişikliyinin MÜMKÜN TƏSİRİ 

70321

“Qazaxıstan da buğda ixracatına qadağalar tətbiq edir. Mərkəz Asiya ölkəsi bunu qlobal qıtlıq təhlükəsi ilə əlaqələndirir. Hər il xaricə 1 milyard 137 milyon dollarlıq buğda satan Qazaxıstan dünyada 9-cu ən böyük ixracatçıdır”.  

Bizim.Media xəbər verir ki, bu barədə deputat Vüqar Bayramlı “Facebook” hesabında məlumat verib.  

“Bundan əvvəl də, Rusiya və Ukrayna satışı dayandırmışdı. Göründüyü kimi, dünyada ən çox buğda ixrac edən ilk onluq ölkəsindən 3-ü xaricə satışı tamamilə dayandırıb, bir sıra digər ölkələrdə isə məhdudiyyətlər tətbiq olunur” – deyə deputat qeyd edib.  

O, qadağaların Azərbaycana necə təsir edəcəyi haqqında fikirlərini bölüşüb:  

“Rəsmi statistikaya görə, Azərbaycanın illik buğda tələbatı 3,5 milyon tondur. Nazirlər Kabinetinin məlumatına görə, strateji ərzaq məhsulları ilə bağlı qıtlıq təhlükəsi yoxdur.   
Lakin dünyada bazarındakı qiymət artımları fonunda idxal inflyasiyası qaçılmazdır. Etiraf etmək lazımdır ki, bu, ölkəyə idxal edilən ərzaq məhsullarının, o cümlədən buğdanın xərcini artırır. Bu baxımdan, hökumət anti-infliyasiya tədbirləri çərçivəsində strateji ərzaq məhsullarının qiymətlərini optimallaşdırmağa çalışır.

Mövcud ehtiyatlar Ukrayna-Rusiya müharibəsi başladıqdan sonra çörəyin qiymətindəki stabilliyi qoruyub saxlamağa imkan verdi. Bununla belə, növbəti dövrlərdə qiymətin necə dəyişməsi dünya bazarındakı dəyişikliklərdən də birbaşa asılı olacaq”.  
Qeyd edək ki, BMT dünyada 1.7 milyard insanın aclıq təhlükəsi ilə üz-üzə qalacağı barədə xəbərdarlıq edib. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO