Azərbaycan rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev ölkədə səfərdə olan Gürcüstan Baş nazirinin müavini, iqtisadiyyat və davamlı inkişaf naziri Levan Davitaşvili ilə görüşüb.
Nazirlikdən Bizim.Media-ya verilən məlumata görə, görüşdə ötən həftə Tbilisidə keçirilmiş müzakirələrin davamı olaraq nəqliyyat və İKT sahəsində əməkdaşlıq perspektivlərinə dair fikir mübadiləsi aparılıb.
İki ölkə arasında əməkdaşlığın əsas komponentlərindən biri olan Bakı-Tbilisi-Qars dəmir yolu xətti üzrə daşımaların həcminin daha da artırılması müzakirə olunub.
Eyni zamanda iki ölkə arasında tranzit potensialının inkişafının vacibliyi vurğulanıb
Bizim.Media
- A-
- A
- A+
İqtisadiyyat
18:25 / 15.04.2022
Gürcüstanla daşımaların artırılması ilə bağlı müzakirə - FOTO
Hazırda oxunan: Gürcüstanla daşımaların artırılması ilə bağlı müzakirə - FOTO
Hazırda oxunan: Gürcüstanla daşımaların artırılması ilə bağlı müzakirə - FOTO
69856
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.