Qarabağ atları hərrac yolu ilə satışa çıxarıldı - İlk dəfə 

Qarabağ atları hərrac yolu ilə satışa çıxarıldı - İlk dəfə 

Hazırda oxunan: Qarabağ atları hərrac yolu ilə satışa çıxarıldı - İlk dəfə 

69761

Bu gün Kənd Təsərrüfatı Nazirliyinə məxsus “Aqroservis” ASC-nin Qobustan Heyvandarlıq Nümayiş Kompleksində ilk dəfə Qarabağın cins atları hərrac yolu ilə satışa çıxarılıb. 

Bizim.Media xəbər verir ki, hərrac iştirakçılarına 3 Qarabağ atı - Sahil, Zilaxar və Sultan təklif edilir. 

Onlara müvafiq olaraq 5 min manat, 7 min manat və 30 min manat qiymət qoyulub. 

Atların satışı son qiymətə uyğun rəsmiləşdiriləcək və onlar sığortalanacaq. 

Qobustan Heyvandarlıq Nümayiş Kompleksinin fəaliyyətinin məqsədi cins damazlıq heyvanlarla yanaşı, yerli cins heyvanların da satışının təşkil edilməsi ilə fermerlərin cins heyvanlara əlçatanlığına nail olunması, yerli damazlıq təsərrüfatların yetişdirdiyi heyvanların satışını stimullaşdırmaqla onların inkişafına təkan vermək, ölkədə heyvanların cins tərkibinin yaxşılaşdırılmasına nail olmaq, damazlıq təsərrüfatlar arasında koordinasiya yaratmaqdır.

Kompleksin daxilində heyvan satışını həyata keçirən lizinq şirkətləri, heyvanların sığortalanması üçün sığorta şirkətləri fəaliyyət göstərir.

Bütün alqı-satqı, sığorta, lizinq, güzəşt tətbiqi prosesləri vahid mərkəzdə həyata keçirilməklə, xidmətlərin operativliyi və şəffaflığı təmin edilir. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO