Neft Emalı Zavodu iki ildən bir təmirə dayanacaq – Bu ölkədə yanacaq qıtlığına səbəb ola bilərmi? 

Neft Emalı Zavodu iki ildən bir təmirə dayanacaq – Bu ölkədə yanacaq qıtlığına səbəb ola bilərmi? 

Hazırda oxunan: Neft Emalı Zavodu iki ildən bir təmirə dayanacaq – Bu ölkədə yanacaq qıtlığına səbəb ola bilərmi? 

69743

Heydər Əliyev adına Neft Emalı Zavodunun (NEZ) "Modernizasiyası və yenidənqurulması" layihəsi çərçivəsində görülən işlər haqqında ictimaiyyəti məlumatlandırmaq, inşa ediləcək Çirkab Suların Təmizlənməsi Qurğusunun (CSTQ) və təmizlənmiş çirkab suların Xəzər dənizinə axıdılması üçün çəkiləcək boru xəttinin tikintisi, həmçinin istismarı üzrə hazırlanmış Ətraf Mühitə Təsirin Qiymətləndirilməsi (MTQ) sənədinin müzakirəsi məqsədilə ictimai dinləmə keçirilib. 

Bizim.Media-nın məlumatına görə, tədbirdə müxtəlif dövlət qurumlarının nümayəndələri, ətraf mühit üzrə mütəxəssislər, media və qeyri-hökumət təşkilatlarının təmsilçiləri iştirak ediblər. 

İctimai dinləmə zamanı "Modernizasiya və yenidənqurma" layihəsi çərçivəsində görülən işlər və yeni qurğular, xüsusilə ÇSTQ-nin ekoloji və ətraf mühitə olan müsbət və potensial təsirləri, həmçinin layihənin icrasından sonra ətraf mühitin idarə edilməsi planı və keçiriləcək monitorinqlər haqqında tədbir iştirakçılarına məlumat verilib. 

SOCAR-ın "Downstream Management" şirkətinin Baş direktorunun müavini, layihənin direktoru Emil Alxaslı çıxışında bildirib ki, "AVRO-5" standartlarına uyğun dizel ve benzin istehsal edəcək qurğuların inşası uğurla, təhlükəsiz şəkildə davam etdirilir.

Belə ki, layihənin hazırkı mərhələsinin sonunda NEZ-de 22 əsas texnoloji qurğunun fəaliyyəti təmin olunacaq.  

Bundan əlavə, çıxış zamanı bildirilib ki, NEZ-in hər il təmirə dayanmasının qarşısının alınması məqsədilə proqram çərçivəsində 2021-ci ilin əvvəlindən kompleks tədbirlər planı hazırlanıb və hazırda icrası həyata keçirilir. Nəticədə razılaşdırılmış plana əsasən cari il aprelin 4-dən etibarən NEZ əsaslı planlı təmirə dayandırılıb.  

2022-ci ildə əsaslı təmirə dayanma işlərinin uğurla icrasından sonra artıq NEZ-in təmirə dayanması hər il deyil, iki ildən bir həyata keçiriləcək. Layihənin növbəti mərhələlərinin icrası nəticəsində isə bir neçə ildən sonra təmirə dayanma prosesinin dörd ildən bir həyata keçirilməsi hədəf kimi qarşıya qoyulub. 

Əsaslı təmir müddəti ərzində respublikanın müvafiq mühərrik yanacaqları ilə fasiləsiz təmin olunması ilə bağlı SOCAR tərəfindən lazımi tədbirlər görülüb.
Bu səbəbdən, NEZ-də aparılan əsaslı təmir işləri müddətində ölkə daxilində yanacaq qıtlığının yaranması gözlənilmir. 

Layihənin icra qrafikinə əsasən təmir işləri tamamlandıqdan sonra, yəni, 2022-ci ilin ortalarından etibarən, əvvəlcə "AVRO-5" standartlarına uyğun dizel yanacağının istehsalı nəzərdə tutulub.  

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO