İdxal olunan cins göbələklər üçün gömrük rüsumu müəyyənləşdi

İdxal olunan cins göbələklər üçün gömrük rüsumu müəyyənləşdi

Hazırda oxunan: İdxal olunan cins göbələklər üçün gömrük rüsumu müəyyənləşdi

69291

Azərbaycana idxal olunan bəzi cins göbələklər üçün gömrük rüsumu müəyyənləşib. 

Bizim.Media xəbər verir ki, Nazirlər Kabineti bununla bağlı “Azərbaycan Respublikasının xarici iqtisadi fəaliyyətin mal nomenklaturası, idxal gömrük rüsumlarının dərəcələri və ixrac gömrük rüsumlarının dərəcələri”ndə dəyişiklik edib. 

Boletus cinsli göbələklər, Cantharellus cinsli göbələklər, Şitake (Lentinula edodes), şam ağacı göbələyi (Matsutake) (Tricholoma matsutake, Tricholoma magnivelare, Tricholoma anatolicum, Tricholoma dulciolens, Tricholoma caligatum), trüfel (Tuber spp.) və Şitake (Lentinula edodes) üçün 15 faiz idxal gömrük rüsumu müəyyənləşib. 

Bu Qərar dərc edildiyi gündən 30 gün sonra qüvvəyə minir. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO