2021-ci ildə Azərbaycanda dilerlər vasitəsilə satılan yeni avtomobillərin sayı məlum olub.
Bizim.Media xəbər verir ki, bu haqda informasiyanı avtomobil bazarındakı mənbə yayıb.
Qeyd edilib ki, 26 avtomobil brendi üzrə ümumilikdə 9606 avtomobil satılıb.
Hesabat dövründə, ən çox satılan (2165 ədəd) yeni avtomobil "Toyota" olub. "Lada" satış həcminə görə (1719 ədəd) ikinci olub.
Siyahını 1416 ədəd satışla "Hyundai" və 1216 ədəd göstərici ilə "KİA" davam etdirib. "Mitsubishi" 505 ədəd satışla TOP 5-liyə daxil ola bilib.
Siyahıda ən az satılan avtomobillər isə qiymətinə görə ən yüksək lüks avtomobillərdir. Belə ki, ötən il Azərbaycanda 9 ədəd "Bentley", 3 ədəd "Lamborgini"və 1 ədəd "Ferrari" satılıb (apa).
Bizim.Media
- A-
- A
- A+
İqtisadiyyat
13:59 / 12.04.2022
Azərbaycanda ən çox satılan yeni avtomobillər - SİYAHI
Hazırda oxunan: Azərbaycanda ən çox satılan yeni avtomobillər - SİYAHI
Hazırda oxunan: Azərbaycanda ən çox satılan yeni avtomobillər - SİYAHI
69232
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.