“Hazırda neft-qaz bazarı planının yenidən qlobal səviyyədə cızılması baş verir.Təbii ki, bu proses zamanı neft-qaz, eləcədə elektrik enerjisinin qiyməti yüksək olmaqda davam edəcək”.
Bu barədə Bizim.Media-ya iqtisadçı ekspert Zəfər Vəliyev danışıb. O qeyd edib ki, Avropanın illik qaza olan tələbatı 500 mld kubmetr civarındadır. Bunun 115 mld kubmetri Norveç tərəfindən təmin edilir:
MÖVZU İLƏ BAĞLI:
Avropanın Rusiyadan neft və qazdan asılılığı azalacaq? – ABŞ-dan AÇIQLAMA
“Ümumi Avropanın qaza olan tələbatının 40 faizi daxili hasilat hesabına təmin edilməsini nəzərə alsaq, digər yerdə qalan qaz həcmi isə Azərbaycan və Əlcəzair tərəfindən ixrac ediləcək. Köçürülmə Avropada mövcud olan 22-dən çox teriminallar vasitəsilə baş verəcək”.
Ekspert bildirib ki, Avropa məkanında birləşdirici qaz kəmərlərinin zəif olması qazın sürətli nəqlini təhdid altına alır.
Avropa ölkələrinin enerji təhlükəsizliyi arxitekturasının bir elementi də, mənbələrin və yanacağın daşınılması üçün zəruri olan nəqliyyat vasitələrinin şaxələndirilməsi prosesidir:
“Yaxın zamanlarda “Cənub” Qaz Dəhlizi vasitəsilə Avropaya ixracda artım müşahidə olunacaq. “Cənub” Qaz Dəhlizinin Avropa ayağı olan “Tap” magistral qaz kəmərinin layihə gücü hələ ki, 10 mld kubmetrdir.
Avropanın enerji komissarı Bakıda keçirilən konfransda bildirmişdi ki, Azərbaycan qazının “Cənub”! Qaz Dəhlizi vasitəsilə Avropaya ixrac həcminin artırılmasında maraqlıdırlar. Təbii ki, Ukrayna –Rusiya müharibəsi bu ixracın artmasını zəruri edən səbəblər sırasındadır”.
Xatırladaq ki, Azərbaycandan TANAP vasitəsilə 16,2 mld-dan çox qazın ixracı nəzərdə tutulub.
“Cənub” Qaz Dəhlizinin Avropa ayağı olan “Trans-Adreatik” boru kəmərinin maksimum layihə gücü isə 10 mld kubmetrdir. Sürətini artırmaq mümkün olarsa, buna uyğun olaraq ixrac olunan yanacağın da həcmi artacaq.
Leyla Şah, Bizim. Media