Xarici valyuta vəsaitlərini xaricdən qaytarmama ilə bağlı qanunvericilik dəyişdirilir

Xarici valyuta vəsaitlərini xaricdən qaytarmama ilə bağlı qanunvericilik dəyişdirilir

Hazırda oxunan: Xarici valyuta vəsaitlərini xaricdən qaytarmama ilə bağlı qanunvericilik dəyişdirilir

69224

Xarici valyuta vəsaitlərini xaricdən qaytarmama ilə bağlı qanunvericilik dəyişdirilir. 

Bizim.Media xəbər verir ki, bununla bağlı Cinayət Məcəlləsinə dəyişiklik edilməsi barədə məsələ parlamentin bu gün keçirilən iclasında I oxunuşda müzakirəyə çıxarılıb. 

Belə ki, Cinayət Məcəlləsinin 208-ci maddəsinin 1-ci hissəsinin yeni redaksiyada verilməsi təklif olunur.
 

MÖVZU İLƏ BAĞLI:

Dollar alışında kəskin ARTIM – “Əvvəl-axır devalvasiya baş verəcək” - AÇIQLAMA


Yeni redaksiyada deyilir ki, “Xarici iqtisadi fəaliyyətin həyata keçirilməsi nəticəsində əldə edilmiş və Azərbaycan Respublikasının qanunvericiliyinə müvafiq olaraq Azərbaycan Respublikasının müvəkkil edilmiş bankının hesabına məcburi qaydada köçürülməli olan xeyli miqdarda xarici valyuta vəsaitlərini xaricdən qaytarmama – üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır”. 

Məcəllənin hazırkı variantı isə belədir:

"Təşkilat rəhbərləri tərəfindən xarici iqtisadi fəaliyyətin həyata keçirilməsi nəticəsində əldə edilmiş və Azərbaycan Respublikasının qanunvericiliyinə müvafiq olaraq Azərbaycan Respublikasının müvəkkil edilmiş bankının hesabına məcburi qaydada köçürülməli olan xeyli miqdarda xarici valyuta vəsaitlərini xaricdən qaytarmama - üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır". 

Dəyişiklik layihəsi səsverməyə çıxarılaraq I oxunuşda qəbul edilib. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO