Azərbaycanda istehlak qiymətləri indeksi açıqlandı

Azərbaycanda istehlak qiymətləri indeksi açıqlandı

Hazırda oxunan: Azərbaycanda istehlak qiymətləri indeksi açıqlandı

69218

Bu ilin yanvar-mart aylarında Azərbaycanda istehlak qiymətləri indeksi 2021-ci ilin yanvar-mart aylarına nisbətən 112,2 %, o cümlədən ərzaq məhsulları, içkilər və tütün məmulatları üzrə 117 %, qeyri-ərzaq məhsulları üzrə 106,2 %, əhaliyə göstərilmiş ödənişli xidmətlər üzrə 110,1 % təşkil edib.

Bu barədə Bizim.Media-ya Dövlət Statistika Komitəsindən məlumat verilib.

Məlumata görə, bu ilin mart ayında istehlak qiymətləri indeksi əvvəlki aya nisbətən 101,1 %, əvvəlki ilin mart ayına nisbətən 112,1 % təşkil edib.

Bu ilin mart ayında ərzaq məhsulları, içkilər və tütün məmulatları üzrə istehlak qiymətləri indeksi əvvəlki aya nisbətən 101,5 %, əvvəlki ilin mart ayına nisbətən 116,8 % təşkil edib.
Bu ilin mart ayında əvvəlki aya nisbətən ayrı-ayrı ərzaq məhsullarından daha çox bahalaşma vaflinin, peçenyenin, düyünün, unun, toyuq ətinin, təzə balığın, qatılaşdırılmış şəkərli südün, pendirin, yoqurtun, xamanın, süfrə marqarininin, kərə yağının, naringinin, heyvanın, narın, soğanın, kartofun, pomidorun, şəkər və şəkər tozunun, konfetlərin, çayın, qəhvə və kakao tozunun, kola içkisinin, limonadın, arağın, ucuzlaşma isə əsasən yumurtanın, bananın, limonun, kələmin və xiyarın qiymətlərində müşahidə olunub. Digər ərzaq məhsullarının qiymətlərində ciddi dəyişikliklər baş verməyib.

2022-ci ilin mart ayında qeyri-ərzaq məhsulları üzrə istehlak qiymətləri indeksi əvvəlki aya nisbətən 100,8 faiz, əvvəlki ilin mart ayına nisbətən 106,6 faiz təşkil edib.

Cari ilin mart ayında əvvəlki ayla müqayisədə qeyri-ərzaq məhsullarından daha çox bahalaşma yazı kağızlarının, inşaat materiallarının, mebellərin, məişət cihazlarının, sabunların, diş pastalarının, dezodorantların və zərgərlik məmulatlarının qiymətlərində müşahidə olunub.
Digər qeyri-ərzaq məhsullarının qiymətlərində ciddi dəyişikliklər baş verməyib.

Bu ilin mart ayında əhaliyə göstərilmiş ödənişli xidmətlər üzrə istehlak qiymətləri indeksi əvvəlki aya nisbətən 100,8 %, əvvəlki ilin mart ayına nisbətən 110 % təşkil edib.

Bu ilin mart ayında əvvəlki ayla müqayisədə əhaliyə göstərilmiş ödənişli xidmətlərdən daha çox bahalaşma hava nəqliyyatı ilə beynəlxalq və dəmir yolu nəqliyyatı ilə ölkədaxili sərnişindaşıma, ictimai iaşə, bərbərxana və paltarların təmiri xidmətlərinin qiymətlərində müşahidə olunub. Digər ödənişli xidmətlərin qiymətlərində ciddi dəyişikliklər baş verməyib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO