Əmək bazarındakı boşluqlar haradan qaynaqlanır? – Ekspertdən TƏKLİF 

Əmək bazarındakı boşluqlar haradan qaynaqlanır? – Ekspertdən TƏKLİF 

Hazırda oxunan: Əmək bazarındakı boşluqlar haradan qaynaqlanır? – Ekspertdən TƏKLİF 

69201

“Ölkədə dayanıqlı əmək bazarının yaradılması üçün özəl sektora diqqət artırılmalıdır. Bu sahədə nəcib qərarların qəbuluna ehtiyac var”. 

Bu sözləri Bizim.Media-ya açıqlamasında iqtisadçı ekspert Natiq Cəfərli söyləyib. O, işsizliklə bağlı aparılan siyahıyalmaya da münasibət bildirib:

“Bizdə rəsmi olaraq qeydiyyata düşdükdən sonra işsiz sayılırsan, amma başqa ölkələrdə belə deyil. Xarici bazarlara nəzər salsaq görərik ki, müqavilələrin hamısı rəsmi olduğundan o müqaviləyə xitam verilərkən  rəsmi olaraq işsiz hesqab olunursan. Yəni ilk növbədə doğru statistik tənzimləmə önəmlidir”.
 

MÖVZU İLƏ BAĞLI:

Azərbaycanın qlobal borcu ona təhlükə yaradırmı? – Ekspertin CAVABI 


Ekspert qeyd edib ki, işsizliyin aradan qaldırılması ilə bağlı bəzi proqlamlar həyata keçirilir və keçən il 50 min sosial iş yerinin yaranması ilə bağlı qərar verilmişdi. Aşağı məbləğdə işlər  olsa da, məncə regionlar üçün xeyli önəmli idi:

“Müvəqqəti iş yerlərinin və rəsmiləşdirilməmiş işlərin daha çox olması Azərbaycanda əmək bazarında müəyyən gərginliyin olduğuna işarədir. Son zamanlar Ukrayna-Rusiya hadisələri həmən ölkələrdən də ölkəmizə daha çox vətəndaşlarımızın və ya həmyerlilərimizin gələcəyi ehtimalını yaradır. Bu da işsizliyin artması ilə bağlı gözləntiləri yüksəldir.

Dünyanın bütün inkişaf etmiş ölkələrin keçdiyi yolu nəzərə alaraq deyə bilərəm ki, dayanıqlı əmək bazarının yaranması üçün əsas səbəb azad  rəqabət mühiti və azad bazarın olmasıdır. Əsasən də KOB-lara dəstəyin artırılması xüsusi əhəmiyyət kəsb edir. Vergi və kredit güzəştlərinin tətbiq olunması da önəmlidir”. 

Natiq Cəfərli qeyd edib ki, əmək müqavilələri və muzdla çalışanların sayına baxsaq, bu say 1,6 milyon civarındadır. Bunun 900 mindən çoxu dövlət sektorunu əhatə edir:

“Dünya praktikasında isə bunun əksidir. Düşünürəm ki, ölkədə dayanıqlı əmək bazarının yaradılması üçün özəl sektora diqqət artırılmalıdır. Bu sahədə nəcib qərarların qəbuluna ehtiyac var.
Əmək bazarında dayanıqlılıq və gəlirlərin artması üçün xarici investitsiyaların yatırılması da önəmlidir. Əgər nəticələrə nəzər salsaq görərik ki bunun əksəriyyəti neft-qaz sektorundadır. Qeyri-neft sektoruna investitsiyalar isə təəssüf ki, çox azdır”.

Leyla Şah, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO