Ukrayna müharibəsi nələri bahalaşdırdı və Azərbaycanda hansı mallarda qıtlıq gözlənilir?

Ukrayna müharibəsi nələri bahalaşdırdı və Azərbaycanda hansı mallarda qıtlıq gözlənilir?

Hazırda oxunan: Ukrayna müharibəsi nələri bahalaşdırdı və Azərbaycanda hansı mallarda qıtlıq gözlənilir?

69121

Ukrayna-Rusiya müharibəsi başlayandan bazar qiymətlərində fasiləsiz qiymət artımları müşahidə olunur. Ən son kartof və soğan qiymətlərinin kəskin şəkildə artması daha hansı yeyinti və sənaye məhsullarında bahalaşma olacağına dair insanlarda maraq oyadır.

İlk öncə mağazalarda ərzaqların - un, şəkər və digər ərzaq və məişət məhsullarının qiymətinin artması, eləcə də tikinti mallarında bahalaşma, nəqliyyat və su tariflərinin də qiymətinin qalxacağına dair şayiələr gələcəkdə bahalaşma və defisitin xəbərçisi ola bilər.

Bizim.Media-ya məsələ ilə bağlı mövqeyini açıqlayan iqtisadçı ekspert Natiq Cəfərli vəziyyəti heç də yaxşı dəyərləndirmir.
 

MÖVZU İLƏ BAĞLI:

Azərbaycan pomidorlarının Rusiya bazarlarında taleyi necə olacaq?


“Rusiyanın Ukraynaya müdaxiləsindən sonra ən çox ərzaq problemi yaşayan sahələr buğda və bitki yağlarıdır. Çünki buğda istehsalı və ixracatında hər iki ölkənin dünya bazarında nəzərə çarpacaq payı var idi. Buğda istehsalında 18%, bitki yağları, əsasən, günəbaxan və qarğıdalı üzrə iki ölkənin 58% payı var. Yəni bu iki sahə çox önəmlidir”.

Ekspertin fikrincə, müharibənin istehlakın digər sahələrinə olan təsiri, əmtəəlik buğda və bitki yağları bazarında olan bahalaşma və defisit qədər yüksək deyil.

Xatırladaq ki, BMT un, bitki yağları və mineral gübrə bazarında çatışmamazlıq olacağı ilə bağlı bu yaxınlarda həyəcan siqnalı vermişdi.

Mia Quliyeva, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO