Neftin ucuzlaşmasının SƏBƏBLƏRİ – Proqnozlar niyə doğrulmur? 

Neftin ucuzlaşmasının SƏBƏBLƏRİ – Proqnozlar niyə doğrulmur? 

Hazırda oxunan: Neftin ucuzlaşmasının SƏBƏBLƏRİ – Proqnozlar niyə doğrulmur? 

69047

“Qərbin Rusiyaya qarşı sanksiyalarını genişləndirilməsinə rəğmən neftin dünya bazar qiymətində son günlər azalma müşahidə edilir. “Qara qızıl” yenə də dünya bazarında müqayisəli yüksək qiymətə təklif olunmasına baxmayaraq sanksiyalar gözlənilən kəskin qiymət artımlarına səbəb olmadı”.

Bizim.Media xəbər verir ki, bu fikirlər millət vəkili Vüqar Bayramova məxsusdur.

Belə ki, deputat neftin qiymətindəki azalmaların səbəblərini bu cür sadalayıb:
 

MÖVZU İLƏ BAĞLI:

Neftlə bağlı hökumətin ehtiyatlı MÖVQEYİ – “Qiymətlərlə bağlı hələ də tərəddüdlər var” 


Əvvəla, ABŞ Rusiya neftindən imtina etsədə də Avropa Birliyi bu məsələdə mühafizəkar mövqe nümayiş etdirir. Avropa Rusiya enerji məhsullarından imtina üçün qısa zamanda alternativ mənbələr tapmaqda çətinlik çəkir. Hətta ilkin qiymətləndirmələr göstərir ki, Avropa Birliyində Almaniya Rusiyanın enerji məhsullarından imtina edərsə bu həmin ölkədə bir sıra sənaye müəssisələrin dayanması və ya fəaliyyətlərini məhdudlaşdırlması səbəbindən 2.5 milyon nəfər işsizlik yarada bilər.

İkincisi, ABŞ və eləcə də OPEK bazar daha çox neft çıxarmağı hədəfləyir. Beynəlxalq Enerji Akademiyası hətta yaxın zamanlarda bazarda yenidən neft artıqlığının olacağını proqnozlaşdırır. Bu isə neftin qiymətinə həm iqtisadi, həm psixoloji təsir göstərir.

Üçüncüsü, enerji bazarında fyuçə müqavilələri bağlandığı üçün neftindən imtina həmin an bazarda boşluq yaratmır. Bu qərarların qəbul olunduğu zaman bazara ilk növbədə psixoloji təsir göstərir.

Dördüncüsü, sanksiyaların icrasına nəzarət mexanizmi hələ də formalaşmayıb. Əslində bu sanksiyaların tətbiqi ilə bağlı hər zaman müzakirə edilən məsələlərdən olub.

Vüqar Bayramov neft qiymətlərindəki dalğalanmaların qeyri-neft sektorunun inkişafının əhəmiyyətini artırdığına da diqqət çəkib:

“Neftin qiymətinin hələ də müqayisəli yüksək olmasına baxmayaraq son qiymət azalmaları bir daha təsdiq edir ki, birjalarda hər zaman dalğalanmalar müşahidə edilə bilər. Bu qeyri-neft sektorunun inkişafının əhəmiyyətini artırmaqla yanaşı, neftdən asılılığın azaldılmasının prioritetliyini gücləndirməkdədir”.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO