Dünya Bankı Azərbaycanın inflyasiya proqnozunu DƏYİŞDİ

Dünya Bankı Azərbaycanın inflyasiya proqnozunu DƏYİŞDİ

Hazırda oxunan: Dünya Bankı Azərbaycanın inflyasiya proqnozunu DƏYİŞDİ

68973

Dünya Bankı bu il və gələn il Azərbaycanda ümumi daxili məhsulun (ÜDM) artımı ilə bağlı proqnozlarını azaldıb.

Bizim.Media xəbər verir ki, bu barədə qurumun hesabatında bildirilir.

Sənəddə deyilir ki, bu il iqtisadi artımla bağlı proqnoz 3,1%-dən 2,7%-ə, gələn il iqtisadi artımla bağlı proqnoz isə 2,7%-dən 2,2%-ə endirilib.

Dünya Bankı Gürcüstan və Ermənistanda ÜDM-in artımı ilə bağlı proqnozlarına da yenidən baxıb. Belə ki, qurum bu il Gürcüstanda iqtisadi artımın 2,5%, gələn il isə 5,5% olacağını gözləyir ki, bu da müvafiq olaraq 3 faiz bəndi az və 0,5 faiz bəndi çoxdur.
Ermənistanda bu il üçün iqtisadi artım proqnozu 3,6 faiz bəndi azaldaraq 1,2%-ə, gələn il üçün iqtisadi artım proqnozu isə 0,8 faiz bəndi azaldaraq 4,6%-ə endirilib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO