Son zamanlar cərəyan edən hadisələr göstərir ki, bu il dünya ölkələrin iqtisadiyyatı ciddi maliyyə təhdidləri ilə qarşı-qarşıya qala bilər. Böyük Britaniya şirkəti "Janus Henderson"-unun cari il üçün proqnozuna əsasən, bu il qlobal suveren borcun kəskin artacağı gözlənilir.
Bizim.Media “Reuters”-ə istinadən xəbər verir ki, qlobal suveren borc 2022-ci ildə demək olar ki, 10% artaraq yeni zirvəyə çatacaq.
Bu halda Azərbaycanın qlobal borcu nə qədərdir?
İqtisadçı ekspert Natiq Cəfərli sualı cavablayıb və dövlət şirkətlərinin də borcunu göstərib.
“Qlobal borcda hər ölkənin öz borc, kredit payı var. Azərbaycanın dövlət borcu təxminən 8 milyard dollar civarındadır. Dövlət şirkətləri - SOCAR, AZAL və digərlərinin borcları da təqribən 8-9 milyarda qədərdir. Bunlar dövlətin zəmanəti ilə dövlət şirkətlərinin aldığı borclardır”.
Bu borc Azərbaycan iqtisadiyyatı üçün təhlükə yaradırmı? Azərbaycanın siyasi arenada tutduğu mövqe və imicinə necə təsir göstərəcək?
“Azərbaycanda dövlətin rəsmi borcu Ümumi Daxili Məhsulun 16-17%-dir və təhlükə kəsb etmir, lakin tendensiya təhlükəlidir. Borc və kreditin artması ehtimalları var. Əsas da dövlət zəmanəti ilə borc götürən dövlət şirkətləri tərəfindən. Ona görə də bu məsələyə nəzarəti gücləndirmək lazımdır. Ümumilikdə isə borc yükümüz elə ağır deyil”.
Mia Quliyeva, Bizim.Media
- A-
- A
- A+
İqtisadiyyat
10:30 / 08.04.2022
Azərbaycanın qlobal borcu ona təhlükə yaradırmı? – Ekspertin CAVABI
Hazırda oxunan: Azərbaycanın qlobal borcu ona təhlükə yaradırmı? – Ekspertin CAVABI
Hazırda oxunan: Azərbaycanın qlobal borcu ona təhlükə yaradırmı? – Ekspertin CAVABI
68610
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.