Lisenziya tələb olunan fəaliyyət növlərinin siyahısına dəyişiklik edilir

Lisenziya tələb olunan fəaliyyət növlərinin siyahısına dəyişiklik edilir

Hazırda oxunan: Lisenziya tələb olunan fəaliyyət növlərinin siyahısına dəyişiklik edilir

68153

Dövlət təhlükəsizliyindən irəli gələn hallarla əlaqədar lisenziya tələb olunan fəaliyyət növlərinin siyahısına dəyişiklik edilir. 

Bizim.Media xəbər verir ki, bununla bağlı "Lisenziyalar və icazələr haqqında" qanuna dəyişiklik Milli Məclisin plenar iclasında II oxunuşda müzakirəyə çıxarılıb. 

Dəyişikliklə siyahıya ümumölkə yerüstü radio yayımçısı, regional yerüstü radio yayımçısı, peyk yayımı həyata keçirən platforma yayımçısı, peyk yayımı həyata keçirməyən platforma yayımçısı, sifarişli yayım xidməti provayderi, sadə platforma operatoru, universal platforma operatoru, multipleks operatoru əlavə edilir. 

Qanun layihəsi ilə bağlı çıxış edən İqtisadiyyat, sənaye və sahibkarlıq komitəsinin sədri Tahir Mirkişili, dəyişikliyin yeni qəbul olunmuş “Media haqqında” qanunla bağlı olaraq zəruri olduğunu bildirib.  
Qanuna dəyişiklik layihəsi səsverməyə çıxarılaraq II oxunuşda qəbul edilib. 

Murad Əhmədov, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO