Dövlət Avtomobil Nəqliyyatı Xidmətindən YENİ LAYİHƏ: “Daşıyıcı bələdçisi” 

Dövlət Avtomobil Nəqliyyatı Xidmətindən YENİ LAYİHƏ: “Daşıyıcı bələdçisi” 

Hazırda oxunan: Dövlət Avtomobil Nəqliyyatı Xidmətindən YENİ LAYİHƏ: “Daşıyıcı bələdçisi” 

68071

Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Dövlət Avtomobil Nəqliyyatı Xidməti yeni layihənin icrasına başlayır.

Nazirlikdən Bizim.Media-ya bildirilib ki, avtomobil daşımaları sahəsində göstərilən xidmətlərin keyfiyyətinin artırılması, vətəndaş məmnunluğunun təmin edilməsi, avtomobil daşımaları sahəsinə investisiya cəlb edilməsi, daşıyıcıların sayının artırılması və daşımalar bazarında təklifin genişləndirilməsi məqsədilə Dövlət Avtomobil Nəqliyyatı Xidmətində “Daşıyıcı bələdçisi” xidməti təşkil edilib.

Layihə çərçivəsində avtomobil daşımaları sahəsində sahibkarlıq fəaliyyəti ilə məşğul olan və yaxud məşğul olmaq istəyən şəxslər müraciətləri əsasında mövcud qanunvericiliyin tələbləri, avtomobil daşımalarının xüsusiyyətləri və digər istiqamətlər üzrə maarifləndiriləcək, onlara məsləhətlər veriləcək və aidiyyəti sualları cavablandırılacaq.

Ehtiyac olarsa, sahibkarlara qısamüddətli təlimlər də keçiriləcək.

“Daşıyıcı bələdçisi” xidməti avtomobil daşımaları sahəsində sahibkarlıq fəaliyyətinin təşkili, müntəzəm sərnişin daşımalarına daşıyıcıların cəlb edilməsi qaydası, avtovağzallar və avtostansiyalarla qarşılıqlı münasibətlər, avtomobil nəqliyyatı vasitələri ilə sərnişin və yükdaşımalarına görə vergilərin ödənilməsi xüsusiyyətləri, sürücülərin iş və istirahət rejimi qaydaları, beynəlxalq avtomobil daşımalarında “İcazə” blankları və Beynəlxalq Nəqliyyat Forumunun çoxtərəfli icazələri, “BYD (Beynəlxalq Yük Daşımaları) kitabçası” istifadə edilməklə yerinə yetirilən beynəlxalq daşımalar, beynəlxalq nümunəli əmtəə-nəqliyyat qaiməsinin (CMR) rəsmiləşdirilməsi və avtonəqliyyat vasitələrinin idxalı istiqamətlərini əhatə edir.

“Daşıyıcı bələdçisi” xidmətindən istifadə etmək istəyən şəxsə avtomobil nəqliyyatı sahəsi üzrə qüvvədə olan digər tənzimləmə normaları haqqında da məlumatlar təqdim edilə bilər. Xidmət həm onlayn, həm də adi qaydada ödənişsiz həyata keçiriləcək.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO