Azərbaycanda noutbuk satışı artdı

Azərbaycanda noutbuk satışı artdı

Hazırda oxunan: Azərbaycanda noutbuk satışı artdı

67490

Bu ilin mart ayında portativ kompüterlərin (noutbuk və netbukların) Azərbaycanda bazar payı fevral ayı ilə müqayisədə 0,4 faiz bəndi artıb. 

Bizim.Media-nın “Global Stats” statistika mərkəzinin hesabatı əsasında apardığı hesablamalara görə, noutbukların bazar payı cari ilin aprelin 1-nə 66,5% təşkil edib ki, bu da ötən ilin müvafiq göstəricisindən 7,5 faiz bəndi çoxdur. 

Mərkəzin məlumatına əsasən, bu ilin mart ayı ərzində ölkə üzrə masaüstü kompüterlərin bazar payı 0,4 faiz bəndi azalaraq aprelin 1-nə 32,3% təşkil edib.

Bu isə 2021-ci ilin müvafiq göstəricisi ilə müqayisədə 7,5 faiz bəndi azdır. 

Hesabatda bu ilin aprel ayının 1-nə olan məlumata görə, ölkə üzrə planşet kompüterlərin bazar payı 1,11% təşkil edib ki, bu da ötən ilin eyni dövrünün göstəricisindən 0,01 faiz bəndi çoxdur.
Bu seqment üzrə mart ayının göstəricisi fevral ayının göstəricisinə nisbətdə 0,04 faiz bəndi azalıb. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO