Neft İxrac edən Ölkələr Təşkilatına (OPEC) üzv və qeyri-üzv ölkələrin nazirlərinin 27-ci iclasında gündəlik neft hasilatının mayda 432 min barel artırılmasına Azərbaycan da razılıq verib.
Energetika Nazirliyindən Bizim.Media-ya verilən məlumata görə, artım ötən ilin iyul ayında keçirilmiş 19-cu iclasda neft hasilatının baza göstəricilərinə qismən dəyişiklik edilməsi barədə əldə edilmiş razılaşmaya əsasən müəyyənləşdirilib.
Azərbaycan üzrə baza göstəricilərinə dəyişiklik olmadığından ölkəmizdə gündəlik xam neft hasilatının 2022-ci ilin may ayında daha 7 min barel artırılaraq 688 min barelə çatdırılması, ixtisarla bağlı öhdəliyin isə 30 min barel həcmində olması nəzərdə tutulur.
Qeyd edək ki, "OPEC+" ölkələri nazirlərinin 28-ci iclasının 5 may tarixində keçirilməsi razılaşdırılıb.
Bizim.Media
- A-
- A
- A+
İqtisadiyyat
18:05 / 31.03.2022
Azərbaycan "OPEC+"ın qərarını dəstəklədi - Neft hasilatı artırılacaq
Hazırda oxunan: Azərbaycan "OPEC+"ın qərarını dəstəklədi - Neft hasilatı artırılacaq
Hazırda oxunan: Azərbaycan "OPEC+"ın qərarını dəstəklədi - Neft hasilatı artırılacaq
67377
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.