Xəzərin külək enerjisi potensialından istifadəyə kim mane olur? – İlham Şabandan SƏRT TƏNQİD

Xəzərin külək enerjisi potensialından istifadəyə kim mane olur? – İlham Şabandan SƏRT TƏNQİD

Hazırda oxunan: Xəzərin külək enerjisi potensialından istifadəyə kim mane olur? – İlham Şabandan SƏRT TƏNQİD

67336

Energetika nazirinin müavini Elnur Soltanov yerli mətbuata verdiyi açıqlamasında Xəzər dənizinin külək enerjisi potensialına görə dünyada ikinci pillədə qərarlaşdığını qeyd edib.

Nazirlik rəsminin sözlərinə görə, Xəzərin külək enerjisi potensialı 157 Gvt civarındadır və bu rəqəm Azərbaycanda mövcud olan bütün elektrik enerjisi potensialından 20 dəfə çoxdur.
 

MÖVZU İLƏ BAĞLI:

Xəzər dənizi külək enerjisinin potensialına görə dünyada ikincidir


Elnur Soltanov onu da qeyd edib ki, külək turbinlərinin dənizdə quraşdırılmasının baha başa gəlməsi və prosesin çətinliyi potensialdan istifadəyə problem yaradan əsas məqamlardır.

Lakin bütün dünyada alternativ enerji mənbələrindən istifadənin artdığı bir vaxtda Azərbaycanda bu potensialdan lazımi səviyyədə istifadə edilməməsi müəyyən suallar yaradır.

Mövzunu Bizim.Media üçün şərh edən iqtisadçı-ekspert İlham Şabanın sözlərinə görə, Azərbaycan 2005-ci ildə Avropa Komissiyasının tapşırığı ilə müəyyən addımlar atmalı idi:

“Bu addımlar Avropa bazarına göndərilən enerjinin diversifikasiyası, enerjidən səmərəli istifadə alternativ enerji mənbələrini inkişaf etdirmək və 2020-ci ildə onun enerji balansındakı həcmini 20%-ə çatdırmaqdan ibarət idi. Avropa 17 il bundan əvvəl sözügedən açıqlamanı verib.

Dünyanın ən böyük enerji bazarının məsələ ilə bağlı görüşü belədir. Lakin Azərbaycan 2021-ci ilin nəticələrinə görə günəş və külək enerjisindən cəmi 150 milyon Kv/saat elektrik alıb”.

İlham Şaban nazirliyin 2036-cı ilə qədər Xəzərdən 7,2 Gvat külək enerjisi almaq hədəfinə də münasibət bildirib:

“2009-cu ildə Azərbaycan Respublikası Alternativ və Bərpa Olunan Enerji Mənbələri üzrə Dövlət Agentliyi yaradılıb. 13 il ərzində görülən iş isə ortadadır. 2018-ci ildən etibarən xarici şirkətlərlə danışıqlar aparılırdı.

2022-ci ildə isə cəmi 2 elektrik stansiyanın təməli qoyulub. 5 ilə 2 stansiya. Qonşu Türkiyə Avropa üzrə alternativ enerjinin artım tempinə görə ötən il ilk üçlükdə qərarlaşıb. Bizdə isə yalnız hədəflər, proqnozlar açıqlanır.
Xatırlayıram, dənizdəki külək turbinləri ilə bağlı ilk layihəni 2012-ci ildə Hakim Bədəlov önə sürmüşdü. 10 il bundan öncə. Lakin indiyə kimi kiçik bir turbin də quraşdırılmayıb. Hələ də dizel generatorlarının əvəzinə Neft Daşlarının işləməyən estakadaları üzərində külək turbinləri quraşdırılıb, istifadə olunmayıb”.

Murad Əhmədov, Bizim.Media  

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO