2022-ci ildə Azərbaycanda bu sahələrə daha çox yatırım ediləcək - PROQNOZ 

2022-ci ildə Azərbaycanda bu sahələrə daha çox yatırım ediləcək - PROQNOZ 

Hazırda oxunan: 2022-ci ildə Azərbaycanda bu sahələrə daha çox yatırım ediləcək - PROQNOZ 

66684

“2022-ci ildə Azərbaycanın qeyri-neft sahəsinə yatırımlar daha cəlbedici olacaq”. 

Bunu Bizim.Media-ya açıqlamasında ekspert Cümşüd Nuriyev cari ildə Azərbaycan iqtisadiyyatının hansı sahələrinə investisiya qoyuluşunun daha sərfedici olacağı barədə sualı cavablandırarkən deyib:

“Bu il Azərbaycanda qeyri-neft sektoruna maraq daha çox olacaq. Xüsusən də aqrar sektora. Mövcud situasiyada kiçik və orta biznes sahələrinə yatırıma meyl edənlər çoxalacaq. Böyük miqyasda götürsək ən böyük investisiyalar ekoloji cəhətdən təmiz külək və günəş enerjisi sektoruna yönəldiləcək.
 

MÖVZU İLƏ BAĞLI:

Bu il Azərbaycana 5657 çeşiddə məhsul gətirilib


Bu layihə də, əsasən, Qarabağda həyata keçiriləcək. Həmçinin, işğaldan azad edilmiş ərazilərimizin infrastrukturun bərpası və turizmin inkişafına da ciddi investisiyaların yatırılması gözlənilir. Bir sözlə, yaxın bir neçə ildə ölkədə əsas investisiya cəlb edilən sahələri Qarabağa yönələcək. Çünki orada hər şey sıfırdan qurulur”.  

Həmsöhbətimiz mövcud vəziyyətdə ərzaq təhlükəsizliyi məsələsi öndə olduğundan, həmçinin bu sahəyə diqqətin daha da artacağını gözləyir: 

“Qiymətlər qalxır. Ərzaq təhlükəsizliyi məsələsi qlobal olaraq gündəmə gəlib. Bu fonda ölkəmizdə həmin sahəyə investisiya yatırılmasına da  ciddi önəm verilə bilər. Bu səbəbdən ərzaqla təminatın yerli istehsal hesabına təşkili probleminin həlli üçün aqrar sahəyə xüsusi önəm veriləcəyini də gözləyirəm”. 

Rüfət Sultan

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO