Azərbaycan əhalisi avro və dollardan niyə qaçır? – ƏSAS SƏBƏBLƏR 

Azərbaycan əhalisi avro və dollardan niyə qaçır? – ƏSAS SƏBƏBLƏR 

Hazırda oxunan: Azərbaycan əhalisi avro və dollardan niyə qaçır? – ƏSAS SƏBƏBLƏR 

66391

“Ölkəmizdə manatın dayanıqlığı fonunda avro və dollarlaşmaya getməyə mühit, fon yoxdur”. 

Bunu Bizim.Media-ya açıqlamasında iqtisadçı ekspert Fuad İbrahimov 2022-ci ilin yanvar-fevral aylarında Azərbaycanda keçən ilin müvafiq dövrü ilə müqayisədə nağd avro alışının 22,8 faiz, dollar alışının isə cari ilin fevralında yanvar ayına nisbətən 2 dəfədən də çox azalmasına münasibət bildirərkən deyib: 

“Nəzərə alaq ki, keçən ilin müvafiq dövründə ölkə tam şəkildə pandemiya mühitinin tələblərilə yaşayırdı. Xaricə səfərlər azalmış, insanların hərəkəti məhdudlaşmışdı. Nəticədə insanların xərcləməsi prosesində müəyyən bir qapanma yaranmışdı. Banklarda dollar və avronun satışına qoyulan müəyyən məhdudiyyətlərin qalması da burada öz sözünü deyib. Ona görə də vəsaitlər bir qayda olaraq yastıq altında qalır. Bu səbəblərdən də əhalinin banklardan nağd avro və dollar alışında azalma baş verib”.  

Həmsöhbətimizə görə, bu prosesdə manatın dayanıqlığı, neftin qiymətinin yüksək olması da öz sözünü deyib: 

“Nəticədə insanlarımız avro və dollara nisbətən daha çox manatla əməliyyatlarda maraqlı olublar. Ona görə də hər hansı vəsaitin dollar və ya avroya keçirilməsinə ciddi maraq yaranmayıb”.  

Amma ekspert bu qənaətdədir ki, qara bazarı nəzərə alsaq avro və dollar alışında heç də azalmanın baş vermədiyinin şahidi ola bilərik:  

“Statistik məlumatlarda söhbət ancaq rəsmi alış-verişdən gedir. Amma unutmayaq ki, banklarda dollar və avroya qoyulan məhdudiyyət öz növbəsində açıq şəkildə sosial şəbəkələr vasitəsilə qara bazarın formalaşmasına rəvac verir. Hansı ki, qara bazarda olan dövriyyə statistik məlumatlarda göstərilmir. Bunu nəzərə alsaq, düşünürəm ki, heç də avro və dollar alışında azalma baş verməyib”.  

Rüfət Sultan, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO