Keçən ilin əvvələrində dizel yanacağının pərakəndə satış qiyməti 1 litr üçün 80 qəpik müəyyən edilib. Buna qədər dizelin qiyməti 2013-cü ildə, Aİ-92 markalı benzin isə 2017-ci ildə qiyməti tənzimlənib.
Son günlər dizelin qiymətinin yenidən qalxacağı haqqında söz-shbət yayılmağa başlayıb. Bunu dünya bazarında kəskin bahalaşmaya səbəb olan müharibələr və Rusiyaya tətbiq olunan sanksiyalarla əlaqələndirirlər.
İnsanlarımızı narahat edən “dizelin qiymətində yeni artım gözlənilirmi?” – sualı ilə ekspertə müraciət etdik.
İqtisadçı-ekpsert Eldəniz Əmirov Bizim.Media-a məsələni belə şərh etdi:
“Qarşıdakı bir neçə ay ərzində hansısa yanacaq növü, o cümlədən də dizel yanacaq qiymətinin artırılacağını düşünmürəm. Ona görə ki, ölkəmizdə antiinflyasiya tədbirləri kompleks şəkildə davam etdirilirsə, insanların alıcılıq qabiliyyəti qüvvədə saxlanılırsa, inflyasiya sürətlənmirsə, qiymətlərin artmaması və qıtlığın yaranmaması məqsədi ilə silsiləli şəkildə addımlar atılırsa, belə bir məqamda dizelin qiymətinin qalxması görülmüş antiinflyasiya tədbirlərinə ciddi mənfi təsir göstərə bilər”.
Eldəniz Əmirov mənfi təsirlərin səbəblərindən də danışıb.
“Müxtəlif məhsulların, ələlxüsus da kənd təsərrüfatı məhsullarının istehsal olunması, bazara çıxarılması və istehlak üçün son qiymətinin formalaşmasında yanacağın çox böyük rolu var, bir başa maya dəyərinə təsir edir. Ona görə də yanacaqla bağlı hər hansı yeni qəraraın qəbul ediləcəyini gözləmirəm”.
Mia Quliyeva, Bizim.Media
- A-
- A
- A+
İqtisadiyyat
17:09 / 23.03.2022
Azərbaycanda dizelin qiyməti qalxa bilərmi? - AÇIQLAMA
Hazırda oxunan: Azərbaycanda dizelin qiyməti qalxa bilərmi? - AÇIQLAMA
Hazırda oxunan: Azərbaycanda dizelin qiyməti qalxa bilərmi? - AÇIQLAMA
66173
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.