“Ermənilərin büdcəsi öz xalqı arasında da gülüşə səbəb olub. Ordusunun 80%-i məhv olmuş, iqtisadiyyatı çökmüş ölkənin proqnozları buna əsas verib. Bizim büdcəmizin onların büdcəsi ilə müqayisədə üstün olduğumuz bir daha ortaya çıxır”.
Bizim.Media xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən iclasında “Dövlət Sosial Müdafiə Fondunun 2021-ci il büdcəsi haqqında” qanun layihəsinin müzakirəsi zamanı deputat Elman Nəsirov deyib.
Deputat Azərbaycanda iki istiqamətdə xərclərin artırılmasına ehtiyacın olduğunu söyləyib.
“Hərbi sahəyə ayrılan pulu 3 milyarda qaldırmağı təklif edirəm. İşğaldan azad olunmuş ərazilərin bərpasına ayrılan pul da artırılmalıdır. Bunu 2 milyard dollara çatdırmağa ehtiyac var. Bu vəsaiti böyük mədəni və idman tədbirləri hesabına edə bilərik”.
Bizim.Media
- A-
- A
- A+
İqtisadiyyat
12:23 / 28.12.2020
''İki sahədə büdcə xərcləri artırılmalıdır'' - Deputat
Hazırda oxunan: ''İki sahədə büdcə xərcləri artırılmalıdır'' - Deputat
Hazırda oxunan: ''İki sahədə büdcə xərcləri artırılmalıdır'' - Deputat
6614
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.