“2024-cü ildə internetin sürətinin 25 Mb/s-ə çatdırılması hədəflənir” – Nazir müavini 

“2024-cü ildə internetin sürətinin 25 Mb/s-ə çatdırılması hədəflənir” – Nazir müavini 

Hazırda oxunan: “2024-cü ildə internetin sürətinin 25 Mb/s-ə çatdırılması hədəflənir” – Nazir müavini 

66005

21 mart tarixində Cenevrə şəhərində Beynəlxalq Telekommunikasiya İttifaqı (BTİ) Şurasının növbəti iclası öz işinə başlayıb. İclasda ölkəmizi rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini Rövşən Rüstəmovun rəhbərlik etdiyi nümayəndə heyəti təmsil edir. 

Bizim.Media Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinə istinadən xəbər verir ki, tədbir çərçivəsində BTİ-nin fəaliyyəti ilə bağlı hesabatlar dinlənilib, cari il və gələcək illər üzrə fəaliyyət planlarının, maliyyə sənədlərinin və bir sıra digər məsələlərin müzakirəsi aparılıb. 
 

MÖVZU İLƏ BAĞLI:

Azərbaycanın kibertəhlükəsizlik strategiyası hazırlandı


Nazir müavini bildirib ki, ölkəmizdə, əhalinin demək olar ki, 85 faizi internetdən istifadə edir. 

“Biz ölkəmizin genişzolaqlı infrastrukturuna sərmayə qoymağa və GPON, LTE texnologiyalarını tətbiq etməklə milli genişzolaqlı layihələri həyata keçirməyə davam edirik. Məqsədimiz FTTH (Fiber to the Home) şəbəkələrindən istifadə edərək sabit genişzolaqlı internet abunəçilərinin faizini artırmaq və 2024-cü ilə qədər minimum 25 Mb/s sürətli genişzolaqlı internetin tam əhatə dairəsinə nail olmaqdır”, – deyə R. Rüstəmov qeyd edib. 

Nazir müavini ölkəmizdə bu istiqamətdə dövlət-özəl tərəfdaşlığının genişləndirilməsinə önəm verildiyini diqqətə çatdırıb. 

R. Rüstəmov bildirib ki, Azərbaycanda bütün əhali mobil şəbəkə ilə əhatə olunub, mobil genişzolaqlı internet geniş yayılıb. Hər 100 nəfərə düşən aktiv mobil genişzolaqlı xidmət abunəçilərinin sayı 73-ə bərabərdir. Nazir müavini əlavə edib ki, rabitə rəqəmsal transformasiyanın ilkin şərtidir və bu, hazırda bir çox ölkələrdə, o cümlədən Azərbaycanda strateji hədəflərdən biridir.

Bu məsələdə ölkəmiz Beynəlxalq Telekommunikasiya İttifaqının əhəmiyyətli roluna böyük önəm verir. Belə ki, BTİ hökumətlərin və digər maraqlı tərəflərin əməkdaşlıq etmək, ən yaxşı təcrübələri bölüşmək və çətin problemləri həll etmək üçün bir araya gəldiyi vacib platformadır. 

Qeyd edək ki, Şurada təşkilatın 193 üzv ölkəsindən yalnız 48-i təmsil olunur. 1992-ci ildən BTİ-nin üzvü olan Azərbaycan 2014 və 2018-ci illərdə ard-arda Şuranın üzvü seçilib və bu illər ərzində Şuranın fəaliyyətində fəal iştirak edir. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO