Martın 18-də energetika naziri Pərviz Şahbazov Şirvan şəhərində vətəndaşları qəbul edib.
Bizim.Media-nın məlumata görə, nazirliyin aidiyyəti struktur bölmələrinin nümayəndələrinin iştirakı ilə keçirilmiş qəbulda vətəndaşlar elektrik enerjisi təchizatı, enerjidən istifadəyə görə yaranmış borc və cərimələr, işlə təminat və digər məsələlərlə bağlı müraciətlərini diqqətə çatdırıblar.
Vətəndaşların müraciətləri dinlənilib və qanunvericiliyin tələblərinə uyğun həll edilməsi üçün müvafiq tapşırıqlar verilib.
Nazirliyin fəaliyyət dairəsinə aid olmayan müraciətlər isə müvafiq qurumlara çatdırılması üçün qeydiyyata alınıb.
Qəbul zamanı Şirvan, Salyan, Masallı şəhərləri və Neftçala rayonundan olan vətəndaşların müraciətlərinə baxılıb.
Bizim.Media
- A-
- A
- A+
İqtisadiyyat
07:26 / 19.03.2022
Energetika naziri Şirvanda vətəndaşları qəbul etdi
Hazırda oxunan: Energetika naziri Şirvanda vətəndaşları qəbul etdi
Hazırda oxunan: Energetika naziri Şirvanda vətəndaşları qəbul etdi
65581
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.