Rusiyanın yeddi səlahiyyətli iqtisadi operatoru 100-ə yaxın Azərbaycan şirkəti ilə işləyir. Azərbaycan və Rusiya iki ölkənin xarici iqtisadi fəaliyyətinin iştirakçıları üçün sadələşdirilmiş gömrük dəhlizi yaradır.
Bizim.Media TASS-a istinadən xəbər verir ki, bu barədə Rusiyanın Bakıdakı Ticarət Nümayəndəliyindən açıqlama verilib.
Məlumata görə, layihənin təqdimatı Federal Gömrük Xidmətinin rəhbərinin müavini Vladimir İvinin rəhbərlik etdiyi nümayəndə heyətinin Azərbaycana səfəri çərçivəsində baş tutub.
MÖVZU İLƏ BAĞLI:
Azərbaycan və Gürcüstan arasında yeni buraxılış məntəqələri yaradılır
Bildirilib ki, səlahiyyətli iqtisadi operatorlar və xarici iqtisadi fəaliyyətin digər iştirakçıları sırasından layihə iştirakçılarının siyahısını Rusiyanın Federal Gömrük Xidməti və Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsi müəyyən edəcək.
"İki dövlətin gömrük orqanları malların Rusiya ilə Azərbaycana rahat və sürətli daşınmasını təmin etmək üçün avtomatik olaraq gömrük rəsmiləşdirilməsinin sadələşdirilməsini tətbiq edəcəklər. Artıq Rusiyanın yeddi səlahiyyətli iqtisadi operatoru 100-ə yaxın Azərbaycan şirkəti ilə daimi əsasda işləyir. Bu da o deməkdir ki, Azərbaycanın Rusiyaya tədarük etdiyi məhsulların ən azı 20%-i tərəflər tərəfindən yaradılan yaşıl dəhliz vasitəsilə emal edilə bilər”, - açıqlamada deyilir.
Bizim.Media