Azərbaycanın xarici ticarət dövriyyəsinin müsbət saldosu 3 dəfədən çox artdı

Azərbaycanın xarici ticarət dövriyyəsinin müsbət saldosu 3 dəfədən çox artdı

Hazırda oxunan: Azərbaycanın xarici ticarət dövriyyəsinin müsbət saldosu 3 dəfədən çox artdı

65337

"Azərbaycanın xarici ticarət əlaqələrində ötən il əldə edilmiş müsbət dinamika bu ilin ilk 2 ayında da davam edib".

Bizim.Media xəbər verir ki, bunu iqtisadiyyat naziri Mikayıl Cabbarov bildirib.

Onun sözlərinə görə, bu ilin yanvar-fevral aylarında Azərbaycan xarici ölkələrlə 7,94 milyard ABŞ dolları dəyərində ticarət əməliyyatı aparıb.

Bu, ötən ilin eyin dövrü ilə müqayisədə 80,4% çoxdur.

Ötən 2 ayda xarici ticarət dövriyyəsinin 5,97 milyard dolları ixracın, 1,97 milyard dolları isə idxalın payına düşüb. Son 1 ildə ixrac 2,1 dəfə, idxal isə 23,3% artıb.

Son nəticədə xarici ticarətdə 4 milyard dollarlıq müsbət saldo yaranıb. Bu, illik müqayisədə 3,4 dəfə çoxdur.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO