“Azərbaycandan ərzaq məhsullarının tədarükünü artırdıq” – Rusiya Baş nazirinin müavini

“Azərbaycandan ərzaq məhsullarının tədarükünü artırdıq” – Rusiya Baş nazirinin müavini

Hazırda oxunan: “Azərbaycandan ərzaq məhsullarının tədarükünü artırdıq” – Rusiya Baş nazirinin müavini

64905

Rusiya Azərbaycandan ərzaq məhsullarının tədarükünü artırır.

Bizim.Media "RİA Novosti" agentliyinə istinadən xəbər verir ki, bu barədə Rusiya Federasiyası Baş nazirinin müavini Viktoriya Abramçenko bildirib.

Nazirlər Kabinetinin Mətbuat xidmətinin yaydığı bəyanata görə, Rusiya özünü əsas ərzaq malları ilə təmin edir və bazarın müxtəlif ərzaq məhsulları ilə zənginliyini, eləcə də rusiyalı tələbatçı üçün çeşidin artırılması məqsədilə idxal tədarükünü genişləndirir.

“Ehtiyat üçün alış-veriş etməklə süni tələbat yaratmaq lazım deyil. Xarici iqtisadi təzyiq şəraitində qıtlıq riski və ya çeşidin azalması üçün heç bir zəmin yoxdur. Biz bazarı yenidən səmtləşdirərək qarşılıqlı ticarəti nizamlayacaq, dost ölkələrlə tərəfdaşlıq şəbəkəsini genişləndirəcəyik”, deyə Abramçenko qeyd edib.

Baş nazirinin müavini xatırladıb ki, son ay yarım ərzində “Rosselxoznadzor” 140-dan çox xarici müəssisədən, o cümlədən Azərbaycan, Türkiyə, Hindistan, Çin, Belarus Respublikası, Qırğızıstan və Qazaxıstandan ərzaq məhsullarının Rusiyaya gətirilməsinə icazə verib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO