225 milyon dollarlıq “Qaradağ” Günəş Elektrik Stansiyasının ÜSTÜNLÜKLƏRİ 

225 milyon dollarlıq “Qaradağ” Günəş Elektrik Stansiyasının ÜSTÜNLÜKLƏRİ 

Hazırda oxunan: 225 milyon dollarlıq “Qaradağ” Günəş Elektrik Stansiyasının ÜSTÜNLÜKLƏRİ 

64884

"Qaradağ" Günəş Elektrik Stansiyası (GES) 225 milyon ABŞ dollarına başa gələcək.

Bizim.Media xəbər verir ki, bunu Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) energetika və infrastruktur naziri Suhail Məhəmməd Əl Mazroyi (Suhail Mohamed Al Mazrouei) bildirib.

Azərbaycanın energetika naziri Pərviz Şhbazov isə bildirib ki, bu stansiyanın inşası və BƏƏ-nin “Masdar” şirkəti ilə icra olunan digər layihələr hesabına 700 nəfər işlə təmin olunacaq.

GES istismara verildikdən sonra isə burada 25-30 nəfər işləyəcək”, - deyə o, qeyd edib.

Bundan başqa, nazir deyib ki, Qaradağ GES-in tikintisini 2022-ci ilin sonunadək bitirmək planlaşdırılır:

"Stansiyanın istismara verilməsindən sonra biz 110 milyon kubmetr qaza qənaət edəcəyik və ildə 200 min ton həcmində çirklənmənin qarşısını alacağıq. Yeni stansiya ilə Azərbaycanın bərpa olunan enerji mənbələri hesabına illik elektrik enerjisi istehsalının həcmi 3 milyard kVt/saata çatacaq".

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO