Azərbaycan Türkiyə vasitəsilə Avropaya qaz tədarükünü artırmaq niyyətindədir və bu məsələni Ankara və Brüssellə müzakirə edir.
Bizim.Media TASS-a istinadən xəbər verir ki, bu barədə respublikanın energetika naziri Pərviz Şahbazov bildirib.
MÖVZU İLƏ BAĞLI:
Avropa ölkələri 8,9 milyard kubmetr Azərbaycan qazı ilə təchiz olunub – FOTO
Onun sözlərinə görə, Avropaya təbii qaz nəqli artacaq. “Cənub Qaz Dəhlizinin istifadə olunmamış potensialı var. Türkiyə ilə birlikdə biz Avropaya böyük həcmdə qaz verə bilərik. Bu məsələ ilə bağlı Aİ və qardaş Türkiyə ilə əlaqə saxlayırıq”. Türkiyənin “Milliyet” qəzeti onun sözlərindən sitat gətirib.
Şahbazov bildirib ki, Azərbaycanın 100 il ərzində daxili istehlak və Avropaya tədarük üçün 2,6 trilyon kubmetr təsdiqlənmiş təbii qaz ehtiyatları var.
Bizim.Media