Əhali ilin əvvəlindən ərzaq məhsullarına 4 milyarda yaxın pul xərcləyib 

Əhali ilin əvvəlindən ərzaq məhsullarına 4 milyarda yaxın pul xərcləyib 

Hazırda oxunan: Əhali ilin əvvəlindən ərzaq məhsullarına 4 milyarda yaxın pul xərcləyib 

64651

Bu ilin yanvar-fevral aylarında pərakəndə ticarət şəbəkəsində istehlakçılara 7 milyard manatlıq, o cümlədən 3,9 milyard manatlıq ərzaq məhsulları, içkilər və tütün məmulatları, 3,1 milyard manatlıq qeyri-ərzaq malları satılıb.

Bizim.Media xəbər verir ki, bu barədə Dövlət Statistika Komitəsi məlumat yayıb.

Məlumata görə, ötən ilin yanvar-fevral ayları ilə müqayisədə pərakəndə ticarət dövriyyəsi real ifadədə 3 %, o cümlədən ərzaq məhsulları, içkilər və tütün məmulatları üzrə 2,6 %, qeyri-ərzaq malları üzrə 3,5 % artıb.
 

MÖVZU İLƏ BAĞLI:

Azərbaycan iqtisadiyyatı 7%-ə yaxın böyüyüb


2022-ci ilin 2 ayında alıcıların son istehlak məqsədilə aldıqları mallara xərclədiyi pulun 9,4 %-i ərzaq mallarının, 6 %-i içki və tütün məmulatlarının, 15,5 %-i toxuculuq məhsulları, geyim və ayaqqabıların, 5,2 %-i avtomobil benzini və dizel yanacağının, 4,9 %-i elektrik malları və mebellərin, 2,5 %-i əczaçılıq məhsulları və tibbi ləvazimatların, 1,2 %-i kompüterlər, telekommunikasiya avadanlıqları və çap məhsullarının, 15,3 %-i isə digər qeyri-ərzaq mallarının alınmasına sərf olunub.

Hesabat dövründə qeyri-dövlət sektorunun təsərrüfat subyektlərinin satdığı malların dəyəri əvvəlki ilin eyni dövrü ilə müqayisədə real ifadədə 3,2 % artaraq ümumi pərakəndə ticarət dövriyyəsinin 99,7 %-ni təşkil edib.

2021-ci ilin yanvar-fevral ayları ilə müqayisədə pərakəndə ticarət dövriyyəsi real ifadədə müəssisələr üzrə 12,2 % artıb, fərdi sahibkarlar üzrə 0,4 %, bazar və yarmarkalarda 0,1 % azalıb.

Hesabat dövründə pərakəndə ticarət şəbəkəsində bir ölkə sakini orta hesabla ayda 346,2 manatlıq, o cümlədən 191,9 manatlıq ərzaq məhsulları, içkilər və tütün məmulatları, 154,3 manatlıq qeyri-ərzaq malları alıb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO