İqtisadiyyat naziri Qubada vətəndaşları qəbul etdi - FOTO

İqtisadiyyat naziri Qubada vətəndaşları qəbul etdi - FOTO

Hazırda oxunan: İqtisadiyyat naziri Qubada vətəndaşları qəbul etdi - FOTO

64351

Ötən gün iqtisadiyyat naziri Mikayıl Cabbarov Quba şəhərində Qusar və Quba rayonlarından olan vətəndaşları qəbul edib.

Bizim.Media xəbər verir ki, qəbula gələn vətəndaşlar sahibkarlıq fəaliyyəti, güzəştli kreditlərin verilməsi, vergi inzibatçılığı, əmlak məsələləri, istehsal, emal və xidmət müəssisələrinin yaradılması və s. məsələlərlə bağlı müraciət ediblər.

İqtisadiyyat Nazirliyinin aidiyyəti struktur bölmələrinin rəhbərlərinin iştirakı ilə keçirilmiş qəbulda vətəndaşların müraciətləri diqqətlə dinlənilib, bir hissəsi həll olunub, araşdırma tələb edən müraciətlər qeydiyyata alınıb və həlli üçün müvafiq tapşırıqlar verilib.

Qəbula gələn sahibkarların təklifləri isə müzakirə olunub, heyvandarlıq, bağçılıq, turizm-sanatoriya kompleksinin yaradılması və s. sahələr üzrə investisiya layihələrinin güzəştli kreditlər hesabına maliyyələşdirilməsi ilə bağlı müvafiq göstərişlər verilib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO