Azərbaycan və Gürcüstan arasında yeni buraxılış məntəqələri yaradılır

Azərbaycan və Gürcüstan arasında yeni buraxılış məntəqələri yaradılır

Hazırda oxunan: Azərbaycan və Gürcüstan arasında yeni buraxılış məntəqələri yaradılır

63982

Azərbaycan və Gürcüstan arasında dövlət sərhədini keçmək üçün 6 (altı) buraxılış məntəqəsi müəyyən edilib.

Bizim.Media xəbər verir ki, bu, parlamentin plenar iclasına tövsiyə edilən “Azərbaycan Respublikası Hökuməti ilə Gürcüstan Hökuməti arasında Azərbaycan Respublikası və Gürcüstan arasında dövlət sərhədindən buraxılış məntəqələri haqqında” Sazişin təsdiq edilməsi barədə” qanun layihəsində əksini tapıb.

Layihəyə əsasən, həmin buraxılış məntəqələri aşağıdakılardır: 

1. Daimi, beynəlxalq, sərnişin və yük əlaqələri üçün 

Dəmiryolu 

“Böyük-Kəsik(Azərbaycan) - Qardabani (Gürcüstan); 

Avtomobil 

- “Qırmızı körpü” (Azərbaycan) – “Krasniy Most” (Gürcüstan); 

- “Mazımqara” (Azərbaycan) – “Tsodna” (Gürcüstan). 

2. Daimi avtomobil, sərnişin və yük əlaqələri üçün birgə, beynəlxalq, avtomobil buraxılış məntəqələri 

“İpəkyolu” (Azərbaycan) – “Abreşumis Qza” (Gürcüstan); 

3. Daimi, dövlətlərarası sərnişin və yük əlaqələri üçün piyadalar üçün avtomobil yolu 
“Sadaxlı” (Azərbaycan) – “Vaxtangisi” (Gürcüstan) 

4. Mövsümi dövlətlərarası, sərnişin və yük əlaqələri üçün yalnız sərhədyanı rayonlarda yaşayan vətəndaşlar üçün (yay vaxtı buraxılış rejimi saat 08:00-dan 21:00-dək, qış vaxtı saat -08:00-dan 18:00-dək piyadalar üçün avtomobil yolu 

“Muğanlı” (Azərbaycan) – “Samtatskaro” (Gürcüstan). 

Sənədə əısasən, tərəflərin səlahiyyətli orqanları ayrı-ayrı protokollarla “İpəkyolu” – “Abreşumis Qza” birgə buraxılış məntəqəsindən daşınan mal və nəqliyyat vastitələri ilə bağlı sərhəd və gömrük prosedurlarını tətbiq olunma prinsiplərini müəyyən edəcəklər.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO