Azərbaycan icmal büdcəsinin gəlirləri məlum oldu – 38 faizlik artım 

Azərbaycan icmal büdcəsinin gəlirləri məlum oldu – 38 faizlik artım 

Hazırda oxunan: Azərbaycan icmal büdcəsinin gəlirləri məlum oldu – 38 faizlik artım 

63836

Azərbaycan Respublikasının 2021-ci il icmal büdcəsinin gəlirləri 23 828,1 mln manat proqnoza qarşı 33 903,7 mln. manat, yaxud 10 075,6 mln. manat və ya 42,3 faiz icra olunub. 

Bizim.Media-nın məlumatına görə, bu, Nazirlər Kabinetinin 2021-ci il üçün hesabatına əksini tapıb. 

Qeyd edilib ki, bu, 2020-ci illə müqayisədə 9238,5 mln manat və ya 38,6 faiz çoxdur. 

İcmal büdcəsinin xərcləri isə 31163,4 mln manat proqnoza qarşı 29 990,5 mln manat və ya 96,2 faiz icra olunub.

Bu da 2020-ci ilə nisbətən 830,4 mln manat və ya 2,8 faiz çoxdur. 2021-ci ilin icmal büdcəsi 7 335,3 mln manat kəsirlə proqnozlaşdırılsa da, faktiki olaraq 3 913,2 mln manat büdcə artığı (profisit) yaranıb. 

Hesabata əsasən, 2021-ci il üçün dövlət büdcəsinin gəlirləri 25 427 mln manat proqnoza qarşı 26 396,3 mln manat təşkil edib. Bu da 969,3 mln manat, yaxud 3,8 faiz, 2020-ci illə müqayisədə isə 1 714,6 mln manat və ya 6,9 faiz çoxdur. 
2021-ci ili üçün dövlət büdcəsinin xərcləri 27 422,4 mln manat və ya 96,1 faiz səviyyəsində icra olunub. Bu da 2020-ci illə müqayisədə 1 006,1 mln manat və ya 3,8 faiz çoxdur. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO