Azərbaycanda 1038 neft quyusu qazılıb - Son 15 ildə 

Azərbaycanda 1038 neft quyusu qazılıb - Son 15 ildə 

Hazırda oxunan: Azərbaycanda 1038 neft quyusu qazılıb - Son 15 ildə 

63740

2007-ci ildən “Kompleks Qazma İşləri” Tresti ümumilikdə 1,7 milyon metrə yaxın qazma işləri aparıb və 1038 quyunu sifarişçiyə təhvil verib.

Bizim.Media-ya bu barədə SOCAR-dan məlumat verilib.

Qeyd edilib ki, Azərbaycanın neft-qaz çıxarma sənayesində böyük təcrübəyə malik, axtarış-kəşfiyyat qazma işlərini və müxtəlif quyu xidmətlərini yüksək keyfiyyətlə həyata keçirən “Kompleks Qazma İşləri” Tresti 15 ildir ki, fəaliyyət göstərir.
“2007-ci ildən Xəzər dənizində yerləşən, dünyanın ən mürəkkəb yataqlarından olan “Bulla dəniz”, “Ümid”, “Günəşli”, “Neft Daşları”nda, eləcə də Azərbaycanın digər sahələrində, ümumilikdə 1,7 milyon metrə yaxın qazma işlərinin aparılması və 1038 quyunun sifarişçiyə təhvil verilməsi müəssisənin əzmkar və peşəkar komandasının uğurudur”,- məlumatda deyilib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO