ARDNF:

ARDNF: "Neftin 10 dollar bahalaşması əlavə 1,4 milyard dollar gətirir"

Hazırda oxunan: ARDNF: "Neftin 10 dollar bahalaşması əlavə 1,4 milyard dollar gətirir"

63355

Dövlət Neft Fondunun (ARDNF) İcraçı Direktorunun müşaviri Bəhruz Bəhramov “Report”a müsahibə verib:

Bizim.Media sözügedən müsahibəni təqdim edir:

- Dünya bazarında neft və təbii qazın qiymətlərinin Azərbaycanın dövlət büdcəsində nəzərdə tutulmuş qiymətləri iki dəfədən çox üstələdiyini nəzərə alaraq, bu il ARDNF-ə əlavə nə qədər vəsaitin daxil olması gözlənilir?

- Fondun 2022-ci il büdcəsində mənfəət neftinin və qazın satışı maddəsi üzrə ümumilikdə 5 046,5 mln ABŞ dolları məbləğində (xam neftin 50 ABŞ dolları qiyməti ilə) vəsaitin daxil olması nəzərdə tutulub. Xam neftin qiymətində hər 10 ABŞ dolları artım Fonda əlavə təqribən 1,4 milyard ABŞ dollarına qədər vəsaitin daxil olmasına şərait yaradır.

- Neftin qiymətinin proqnozları üstələməsi ilə əlaqədar ARDNF-in büdcəsinə yenidən baxılması gözlənilirmi?

- "Büdcə sistemi haqqında" qanuna uyğun olaraq Fondun büdcəsinin icmal büdcənin tərkib hissəsi olduğunu, onun əsas parametrlərinin, o cümlədən xam neftin baza qiymətinin dövlət büdcəsi ilə eyni götürüldüyünü nəzərə alaraq, Fondunun büdcəsində dəyişiklik edilməsi icmal və dövlət büdcəsində edilən dürüstləşdirmə prosesi çərçivəsində həyata keçirilir.

- Gəlirlərin artmasını nəzərə alaraq, ARDNF-in xərclərinə yenidən baxıla bilərmi? Bu xərclər hansı sahələri əhatə edə bilər?

- "Büdcə sistemi haqqında" qanuna əsasən icmal büdcənin tərkibində Fondun xərclərinin yuxarı həddi büdcə qaydası, o cümlədən bu qaydaya uyğun olaraq hesablanan icmal büdcənin qeyri-neft baza kəsirinin qeyri-neft ümumi daxili məhsula nisbət göstəricisi əsasında müəyyən edilir.

Bununla əlaqədar Fondun xərclərinə yalnız icmal və dövlət büdcəsində edilən dəyişikliklər çərçivəsində yenidən baxıla bilər. Hazırda Fondun büdcəsi çərçivəsində dövlət büdcəsinə transfer ödənişləri, habelə iki təhsil proqramının, o cümlədən “2019-2023-cü illərdə ali təhsil sisteminin rəqabətqabiliyyətliyinin artırılması”, habelə “Gənclərin xarici ölkələrin nüfuzlu ali təhsil müəssisələrində təhsil almalarına dair 2022–2026-cı illər üçün Dövlət Proqramları”nın maliyyələşdirilməsi təmin edilir. Fondun digər sahələr birbaşa maliyyələşdirməsi nəzərdə tutulmur.

- Azərbaycanın işğaldan azad olunmuş ərazilərinin bərpası ilə bağlı əlavə vəsaitin ayrılması nəzərdə tutulurmu?

- Bu istiqamətdə maliyyələşdirmə dövlət büdcəsi çərçivəsində həyata keçirildiyindən, qeyd edilən məsələyə büdcə xərcləri çərçivəsində baxılır. Fondun büdcəsində nəzərdə tutulan proqramlardan əlavə olaraq hər hansı digər layihələrə vəsaitin birbaşa ayrılması nəzərdə tutulmur.

Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO