Ekspertdən XƏBƏRDARLIQ: “Buğda qiymətlərinin yüksəlməsi qaçılmazdır”

Ekspertdən XƏBƏRDARLIQ: “Buğda qiymətlərinin yüksəlməsi qaçılmazdır”

Hazırda oxunan: Ekspertdən XƏBƏRDARLIQ: “Buğda qiymətlərinin yüksəlməsi qaçılmazdır”

63271

“Həm inflyasiyanın özü, eyni zamanda müharibə və bunun ardınca Rusiyaya tətbiq olunan sanksiya və Ukraynanın üzləşdiyi dağıntılar təkcə Azərbaycanda deyil, bütün dünyada ərzaq buğdası ilə bağlı ciddi problemlər yaradacaq. Nəzərə alsaq ki, dünya üzrə buğda istehsalının 25%-i, qarğıdalı istehsalının 20%-i bu iki ölkənin payına düşür və münaqişədən dolayı əkin-səpin işlərində problemlərin yaranması, Moskvanı gözləyən sanksiyalar istehsal həcmlərini daha da azaldacaq”.

Bu fikirləri Bizim.Media-ya açıqlamasında iqtisadçı-ekspert Eldəniz Əmirov bildirib.

Belə ki, Ukrayna böhranı ətrafında davam edən proseslərin taxıl istehsalında yaratdığı problemlər və bunun mümkün nəticələrini şərh edən ekspert qiymət artımın qaçılmaz olduğunu dilə gətirib:
 

MÖVZU İLƏ BAĞLI:

Gübrələrin qiymətindəki artım çörəyin qiymətinə təsir edəcəkmi? - ARAŞDIRMA


“Buğda istehsal həcmləri azaldıqda, idxal tələbini lazımi səviyyədə ödəməkdə problemlər yaranacaq. Düşünürəm ki, Rusiyanın “SWIFT”dən çıxarılmasından sonra bu ölkədən taxıl almaq istəyən alıcılar alternativ yollarla ödənişi həyata keçirə biləcəklər. Ancaq, ixrac rüsumları əvvəlkindən daha çox tətbiq oluna bilər. Ərzaq az, tələb çox olacağı üçün buğdanın qiymətində yeni artımlar qaçılmaz olacaq”.

İqtisadçı Azərbaycan tərəfindən Ukraynada taxıl əkini üçün icarəyə götürülən torpaqlarla bağlı da fikirlərini bölüşüb:

“Azərbaycan tərəfinin Ukraynadan torpaq icarəyə götürməklə bağlı ötən ilin dekabrında hökumətlərarası işçi qruplarının görüşlərində razılaşmanın əldə olunması ilə bağlı açıqlama verilmişdi. Hazırda müharibə bu istiqamətdə işlərin aparılmasına ciddi təhlükə yaradıb. Amma düşünürəm ki, perspektivdə icarəyə götürülən torpaqlar ölkənin buğdadan asılılığını azaldılmasında bu addım müəyyən rol oynaya bilər”.

Eldəniz Əmirovun sözlərinə görə, baş verən proseslər fonunda yerli buğda istehsalına diqqətin artırılmasında fayda var: 

“Yerli istehsalın həcminin və taxılçılıq təsərəffüfatlarının sayını artırmaq, eyni zamanda daha çox ərazidə taxıl becərilməsini təmin etməklə keyfiyyətli buğda istehsalına nail olmağa çox böyük ehtiyac var. Xüsusi toxumların gətirilməsi, onların iqlimə uyğunlaşdırılması və s. kimi tədbirlərə də diqqət yetirilməsi vacibdir”.



Murad Əhmədov, Bizim.Media 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO