Neft Fondunun gəlirləri iki dəfədən çox artdı 

Neft Fondunun gəlirləri iki dəfədən çox artdı 

Hazırda oxunan: Neft Fondunun gəlirləri iki dəfədən çox artdı 

63087

Bu ilin yanvar-fevral aylarında (01.01.2022-01.03.2022 tarixinə) Azərbaycan Respublikası Neft Fondunun (ARDNF) "Azəri-Çıraq-Günəşli" (AÇG) yataqlar blokundan əldə etdiyi gəlirləri 1 307 mln. ABŞ dolları təşkil edib ki, bu da illik müqayisədə 2,3 dəfə çoxdur. 

ARDNF-dən Bizim.Media-ya verilən məlumata görə, ötən ilin müvafiq dövründə sözügedən göstərici 574 543 min dollar səviyyəsində idi. 

Bildirilib ki, Fondun AÇG yatağı üzrə əldə olunan ümumi gəlirləri (2001-ci ildən etibarən) 156 680 mln. dollar (01.03.2022 tarixinə) təşkil edib. 

Qeyd edək ki, AÇG-də pay bölgüsü bu nisbətdədir: BP – 30,37% (operator), AzACG (SOCAR) – 25,00%, MOL – 9,57%, "Inpex" – 9,31%, "Equinor" (keçmiş "Statoil") – 7,27%, "ExxonMobil" – 6,79%, TPAO – 5,73%, "Itochu" – 3,65% və "ONGC Videsh Ltd." (OVL) – 2,31%. Tərəflər arasında razılaşma 30 il müddətinə etibarlı olub (2024-ci ildə başa çatmalı idi).

Buna baxmayaraq, 2017-ci il sentyabr ayının 14-də Azərbaycan hökuməti və SOCAR, beynəlxalq tərəfdaş şirkətlərlə birlikdə AÇG-nin birgə işlənməsi və Hasilatın Pay Bölgüsü haqqında dəyişdirilmiş və yenidən işlənmiş saziş imzalayıblar.
AÇG-nin 2050-ci ilə qədər inkişafını əhatə edən yeni müqavilə əsrin ortalarınadək blokun inkişaf potensialını əhəmiyyətli dərəcədə artırmağa imkan yaradacaq. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO